Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Saakaşvilidən məmurlara: “Elə bilirsiz mən axmağam?” – Video

Saakaşvilidən məmurlara: “Elə bilirsiz mən axmağam?” – Video

“Siz bilirsiz Odessada nələr baş verir?”

 

Bu sözləri Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili deyib. Saakaşvilinin vilayətin daxili audit bölməsi və hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət, korrupsiyanın qarşısının alınması və aşkar edilməsi idarələrinin rəhbərləri ilə söhbətinin görüntüləri sosial şəbəkələrdə yayılıb.

“Korrupsiyaya görə saxlanılan şəxslər hardadı? Siz bilirsiz Odessada nələr baş verir? Siz korrupsiyaçılara xidmət edirsiz. Siz düşünürsüz ki, mən axmağam və məni çuxurlara yamaq vurmaqla aldatmağa çalışırsız?”, – Saakaşvili görüşdə deyib.

Qeyd edək ki, Saakaşvili vilayətin hüquq-mühafizə və antikorrupsiya şöbələrini ləğv edib.

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın