Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdi

Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdi

Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib.

“Report” xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatına istinadən AFP məlumat yayıb.

“Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr İranla diplomatik münasibətlərin dayandırıldığını elan edib”, – deyə ölkə XİN-in rəsmi “Twitter” səhifəsində qeyd olunub.

“Ər-Ərəbiyyə” telekanalının məlumatına görə, Səudiyyə Ərəbistanı İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla “terrorçuluq və ona təhrikçilikdə” ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın