Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Səsini içinə sox, nə deyirik ona qulaq as, sürü kimi davran, “elita” sizdən ağıllıdır”

“Səsini içinə sox, nə deyirik ona qulaq as, sürü kimi davran, “elita” sizdən ağıllıdır”

“Eko-faşimz”, “Covid-faşizm”, və ya ifadə azadlığına təhlükə.

(Düşünmək üçün)

Məşhur İtaliyan filosofu və yazarrı Umberto Eco 1995-ci ildə “faşizmin” 14 ifadəsi haqqında maraqlı bir yazı yazmışdı. “Faşizmin” həmin 14 işarələrindən biri kimi “elitarizmi” göstərmişdi. Yazıda deyirdi ki, dünyada müxtəlif çevrələr “elitalar” formalaşdırır, bu şəxslər mediadan tutmuş biznesə, siyasətə qədər təsir mexanizmləri yaradırlar və onlaın – “elitanın” baxışlarından kənara çıxan hər kəsi “qamçılayaraq” marqinallaşdırırlar, hətta düşmənə çevirirək “senzura” eşalonları yaradırlar.

Bir çox insanlar bu “mainstream”-ə məcburən uyğunlaşırlar ki, həmin “elitaya” yaxın olsunlar – yoxsa karyera, qazanc imkanları sıfırlanır, hətta şər, böhtan kampaniyalarına tuş gələrək tamamən çıxdaş olurlar. Bu “elitanın” məqsədləri həmişə ülvi təqdim edilir – insan sağlamlığı, Planeti xilas etmək istəyi, heyvansevərlik, müxtəlif azlıqlara tolerantlıq kimi çox gəlbedici, ürəyə yatan tezislərlə çıxış edirlər. Bu yeni bir tedensiya deyil, amma son 10 ildə çox geniş vüsət alan bir kampaniyadır.

Keçən il hələ də mənşəyi mübahisələrə səbəb olan təhlükəli bir virus – COVİD-19 yayılmağa başladı, Dünya qapandı, virusla mücadilə təqdimatı insanları psixoz vəziyyətinə gətirdi. Onmilyonlarla yoluxma halı, milyonlarla həyatını itirən insanlar, boğulan, xəstəxanaların koridorlarında yatan xəstələr – əsl insanlıq faciəsi yaşanmağa başladı. Virus təhlükəlidir, çox tez və asan yayılır, insanlrı tez yoluxdurur və xroniki xəstəlikləri olanlara, yaşlılara çox pis təsir edir. Amma, kimlərsə bu məsələ ilə bağlı sullar verməyə, karantin tədbirlərinin insanları daha çox “öldürdüyünə” dair çıxışlar etməyə başlayanda həmən “COVİD-faşizm” işə düşür: Həmin insanlar aşağılanır, “komple teoriyaları” yanlısı, az qala geridəqalmış, insanlıq düşməni kimi təqdim edlir, həmin şəxslər marginallaşdırılır. Qısası, deyirlər ki, düşünmə, sual vermə, araşdırma aparma, rəqəmləri gözümüzə soxma – sadəcə düşüncələrini, səsini içinə sox, nə deyirik ona qulaq as, sürü kimi davran, “elita” sizdən ağıllıdı, onlar bilir nə edir. Belə olmaz, insanlıq tarixi həmişə etirazlarla, suallarla, təzadlarla, fikir mücadilələri ilə inkişaf edib, indi bizim əlimizdən bunu almaq istəyirlər.

Bənzər yanaşma ekoloji problemlərə də aiddir, Dünyada insan fəaliyyətinə və təbii hadisələrə görə ağır ekoloji durum yaranıb. Bu məsələni ciddi müzakirə edib uzunmüddətli strategiya hazırlamaq əvəzinə sual verənləri yenə linc etməyə başlayıblar. Dünyanın ən varlı adamlarından biri olan Bill Gates illərdir deyir ki, ət yeməkdən imtina edin, dünyada iribuynuzlu və xırdabuynuzlu mal-qaranı məhv etmək, süni ətə keçmək lazımdır. Bu “ideologiya” uzun illərdir ki, müxtəlif çevrələrdə təşviq edilir, “vegetarian”, hətta “vegan” kultu onillərdir ki, təşviq edilir. Amma ciddi elmi araşdırmalar yoxdur ki, yeni nəslin yemək alqoritmi, alışqanlığı, zülal və vitamin gen yaddaşı dəyişsə bu hansı fəsadlara gətirib çıxara bilər. Maraqlı detal: Bill Gates süni əti təşviq edir, amma onun fondu Afrikada iribuynuzlu vəhşi heyvanların artırılmasına pul xərcləyir. O cümlədən Şimali Amerikada bizonların sayının artırılmasına qrantlar ayırır – suallar yaraır, ev inəyi havanı korlasa pisdir, amma ev heyvanlarından 3 dəfə iri olan Afrika camışları, 5 dəfə iri olan Amerika bizonları ekologiyaya ziyan vurmur?! Təbii ki, vəhşi təbiət qorunmalı, insanların təbiətə vurduğu ziyan minimuma enməlidir, amma suallar verənlər də linc olunmamalıdır. Süni ət geniş yayılsa bu insanlığın genetikasına necə təsir edəcək? Bu ikinci, üçüncü nəsildə hansı fəsadlar törədə bilər?! Bu haqda araşdırmalar varmı?!

Mən anlayıram ki, Dünya çox inqilabi texnoloji dəyişikliklər ərəfəsindədir, çox yaxın zamanda insan əməyinə ehtiyac dəfələrlə azalacaq, süni intellekt, robotlaşma dünya əhalisinin çox hissəsini işsiz, qazancsız qoya bilər. Bu gün ev heyvanlarını məhv etməyə çağıranlar və bunu çox ülvi bir məsələ – Planeti qorumaq adı altında edənlər, sabah daha irəli gedəcəklər: Açıq və aydın şəkildə Planetdə insan sayının çox olmasını, artımın dayandırılmasının vacibliyini, strelizasiyanın önəmini vurğulayacaqlar və bunu Planeti qorumaq adı altında edəcəklər.

Bu gün “elitar mainstream-ə” qarşı çıxıb, heç olmasa sullar verə bilməsək, sabah insanlıq əlehinə olan tədbirləri, ekoloji vəziyyətə görə aylarla-illərlə davam edəcək karantin tədbirlərini də bizə “udduracaqlar”. İnsanlığən düşüncə azadlığını məhtudlaşdırmaqla onları idarə etmənin yeni yollarını tapacaqlar. Və bu xətt avtoritar ölkələrdə daha ağır fəsadlar törədəcək, hətta Qərbdə belə “COVİD məhbusları”, “anti-ekologiya” adı altında linc kampaniyaları yaranırsa, avtoritar ölkələrdə sabah “anti-ekoloji davranış” adı altında yeni məhbuslar ordusu yaranacaq – və Dünya “elitar mainstream-i” bu addımları alqışlayacaqlar. Zatən Dünyada belə bir trend yaranıb ki, avtoritar ölkələr, Çin, Rusiya kimi “monstrlar” virusla mücadilədə daha yaxşı nəticə göstərirlər, deməli belə məsələlərdə “avtoritarlaşma” insan həyatını önə çəkərək lazım ola bilər.

Bir daha: COVİD-19 çox ağır virisdur, mütləq tədbirlər və önləmlər alınmalıdır, amma karantinin “öldürdüyü” insanlıq da müzakirə mövzusu mütləq olmalıdır.

Bir daha: Dünyada çox ciddi ekloji problemlər var, bunların həll yolları tapılmalı, strateji addımlar atılmalıdır, amma bu məsələdə sual verənlərin səsi kəsilməməlidir.

Bir daha: Dünya çox böyük yeniliklər ərəfəsindədir, Planetimizə yeni liderlik konsepsiyası lazımdır. Ədalətli sistem qurulmalıdır, dünya dövlətləri, hökumətləri üçün fərq etməməlidir ki, əlavə dəyəri, mal-məhsul istehsalını insan edir, ya süni intellekt, robotlar, yaradılan əlavə dəyərdən insanlar pay almalıdırlar. Dünyada “şərtsiz əsas gəlir” konsepsiyası qəbul edlməli, Dünya ölkələri vətəndaşlıq üçün ödənişlərə keçməlidir. Ancaq ədalətli və hərtərəfli diskussiya mədəniyyəti, fərqli fikirlər toqquşması yaranacaq növbəti “faşizmlərin” qarşısını ala bilər…

Natiq Cəfərli, Ekspert

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …