Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Sərhəd problemi yoluna qoyulduqdan sonra, Qarabağın statusu məsələsi gündəmə gələcək”

“Sərhəd problemi yoluna qoyulduqdan sonra, Qarabağın statusu məsələsi gündəmə gələcək”

“Sərhədlər müəyyənləşəndən sonra o ərazilərdə hərbi toqquşmalara son veriləcək, sabitlik yaranacaq. Düşünürəm ki, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Komissiya yaradılandan sonra bu iş irəliləyəcək. Bu həm də, sülh prosesini tezləşdirəcək”.

Bu fikirləri “Azadlıq Radiosu”na açıqlamasında üçtərəfli Soçi görüşünü şərh edərkən ABŞ-ın keçmiş səfiri Metyu Brayza səsləndirib. O əvvəl proseslərin gedişindən ümidsiz olduğunu deyib: “Amma indi daha pozitivəm. Hesab edirəm ki, maneələr aradan qalxacaq”.

Bakıda ABŞ-ın səfiri olmuş Brayza hesab edir ki, sərhəd problemi yoluna qoyulduqdan sonra, Qarabağın statusu məsələsi gündəmə gələcək: Azərbaycan və Ermənistan arasında gərginlik bir də həmin proseslər zamanı arta bilər” – deyə Brayza vurğulayıb.

Keçmiş səfir tərəflərin Brüssel görüşündə Avropa Birliyinin önə çıxacağına ümid etdiyini deyib: “Sərhədlərin müəyyənləşdirilməsində Avropa Birliyinin öz təkliflərini səsləndirəcəyinə inanıram. Necə ki, Türkiyə Ağdamda öz hərbçilərini yerləşdirməklə, Rusiya sülhməramlıları qarşısında balans yardıb”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …