Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Sərdar Cəlaloğlu Etibar Məmmədovu “siyasi yengə” adlandırmışdı”

“Sərdar Cəlaloğlu Etibar Məmmədovu “siyasi yengə” adlandırmışdı”

“Etibar Məmmədovun blok yaradacağı, Sərdar Cəlaloğlunun da orada təmsil olunacağı barədə iddialar məni yaxın keçmişə qaytardı. 90-cı illərin sonları, 2000-ci illərin əvvəlləri ölkədə qaynar siyasi həyat var idi. Partiyalar gah bloklaşır, gah ayrılırdı, müxalifət on minlərlə insanı çox rahatlıqla meydanlara çıxarırdı, müxalifət daxilində rəqabət güclənəndə qarşılıqlı ittihamlar, sərt məzmunlu diskussiyalar qəzet səhifələrinin ən oxunaqlı materialları olurdu. O zamanlar AMİP lideri Etibar Məmmədovun təxminən belə bir açıqlaması olmuşdu ki, Azərbaycanda hakimiyyətləri mən dəyişirəm – kimi istəsəm aparıram, kimi istəsəm gətirirəm. Sərdar Cəlaloğlu bu açıqlamaya münasibət bildirərkən Etibar Məmmədovu “siyasi yengə” adlandırmışdı. Qəzetlərin biri bu polemika barədə belə bir başlıqla yazı dərc etmişdi: “AMİP-də yel vurub, yengələr oynayır…””

Bunu politoloq Şahin Cəfərli bildirib.

“Maraqlı dövr idi. Hazırda Azərbaycanın boz, mənasız və heç bir perspektiv vəd etməyən siyasi həyatını izləmək zorunda qalan gənclər çox şey itirir. Məlum xəbər mənə qətiyyən inandırıcı görünmədi…” – Ş.Cəfərli qeyd edib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …