Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Sərdar Cəlaloğlu: “Əli Kərimlinin interneti kəsilibsə, bəs o bunu necə ictimailəşdirə bilir?”

Sərdar Cəlaloğlu: “Əli Kərimlinin interneti kəsilibsə, bəs o bunu necə ictimailəşdirə bilir?”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimlinin və ailə üzvlərinin karantin dövründə telefon və internet əlaqələrinin kəsilməsi barədə yayılan xəbərlərdən danışıb. 


Sərdar Cəlaloğlu Demokrat.az-a açıqlamasında bildirib ki, Əli Kərimlinin internetinin hakimiyyət tərəfindən kəsilməsi inandırıcı deyil:


“Əgər doğrudan da Əli Kərimlinin interneti kəsilibsə, bəs o, hansı xətlə məsələni ictimailəşdirə bilir? Axı Əli Kərimlinin internetini kəsmək Azərbaycan hakimiyyətinin nəyinə lazımdır? Çünki AXCP sədrinin internetinə kəsmək hökumətə sərf etmir. Şəxsən mən Əli Kərimlinin internetinin hökumət tərəfindən kəsildiyinə qəti inanmıram”.

Partiya sədri deyib ki, Əli Kərimlinin doğrudan da interneti kəsilibsə, o zaman qonşularının internetindən istifadə edib fikirlərini çatdıra bilər:

“Bunun üçün alternativlər kifayət qədərdir. İndiki dövrdə interneti kəsmək və bununla da ətrafdan təcrid olunmaq mənə qəribə görünür. Şəxsən bu, mənə inandırıcı gəlmir”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …