Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Şərəfsizə zorla şərəf verməyəcəyik” – Sinan Oğan Araz Əlizadəni aşağıladı

“Şərəfsizə zorla şərəf verməyəcəyik” – Sinan Oğan Araz Əlizadəni aşağıladı

Türkiyəli siyasətçi, keçmiş millət vəkili Sinan Oğan millət vəkili Araz Əlizadənin İctimai Televiziyada yayımlanan 3D verilişində qonaq olarkən türklərlə bağlı səsləndirdiyi fikirlərə cavab verib.

S.Oğan bu barədə özünün Tvitter səhifəsində yazıb.

O, “Əbülfəz Elçibəy: ”Türk deyiləm” deyənə qarşı əsla israr etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zorla şərəf verməyəcəyik”, – qeydini yazıb.

Qeyd edək ki, Türkiyə türkləri ASDP sədri, millət vəkili Araz Əlizadənin İctimai Televiziyada yayımlanan 3D verilişində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmaması (azərbaycanlıların türk olmaması) barədə fikirlərinə sosial mediada ciddi etiraz edib.(Axar.az)

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …