Ana səhifə / Siyasət / Şəmkirdə sağlamlıq imkanları məhdud uşaqlar üçün Reabilitasiya Mərkəzi yaradılacaq

Şəmkirdə sağlamlıq imkanları məhdud uşaqlar üçün Reabilitasiya Mərkəzi yaradılacaq

“Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi yeni layihəsinin təqdimat mərasimini keçirib.

Azinforum.az-ın xəbərinə görə, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial sifarişlərin yerinə yetirilməsi üçün, Şəmkir bölgəsində “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı Reabilitasiya Mərkəzinin fəaliyyətinin təşkili” adlı müsabiqənin qalibi olub.

te

Layihənin əsas məqsədi cəmiyyətdə sağlamlıq imkanları məhdud olan 0-18 yaşlı uşaqların cəmiyyətə inteqrasiyasının dəstəklənməsində icmanın rolunun artırılması, sağlamlıq imkanlarından asılı olmadan hər bir uşağın cəmiyyətin bir parçası olub, hər kəsin bərabər yaşama hüquqlu olduğu fikrinin geniş əhaliyə aşılanması və həmin uşaqlarda motivasiyanı artıraraq cəmiyyətə asanlıqla adaptasiya etmələrinin təmin edilməsidir. Bu məqsədlərə nail olmaq üçün icraçı təşkilat müxtəlif sosioloji və psixoloji tədbirlərdən ibarət fəaliyyət planı hazırlayıb.

Layihə aprel 2015 – dekabr 2015 tarixinədək Şəmkir bölgəsində davam edəcək. Layihənin icrası zamanı valideynlərlə, inklüziv təhsil üzrə çalışan müəllimlərlə, bölgədə fəaliyyət göstərən sosial işçilərlə maarifləndirmə tədbirləri, xüsusi istedadlı uşaqların aşkarlanaraq onlar üçün müxtəlif müsabiqələrinin, ekskursiyaların və fleşmobların təşkili nəzərdə tutulur.

Layihə “Gəncə Regional Mərkəzi” İctimai Birliyi ilə birgə əməkdaşlıq çərçivəsində icra ediləcək.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın