Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Səlim Müslümov cinsi azlıqların işə götürülməsi barədə

Səlim Müslümov cinsi azlıqların işə götürülməsi barədə

Azərbaycanda iş məsələsində cinsi azlıqlarlarla bağlı hər hansı məhdudiyyət yoxdur”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi “Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların mühkəmləndirilməsi” milli parlament seminarında deyib.

“Azərbaycan qanunvericiliyində cinsi azlıqlar üçün hər hansı bir məhdudiyyət yoxdur və işə götürülərkən cinsi oriyentasiya soruşulmur. Yəni, qanunda belə bir məhdudiyyət yoxdur. Hər bir şəxsin hansı cinsə məxsus olmasından asılı olmayaraq istədiyi vəzifəni tutmaq hüququ var. O, özü bildirməyənə qədər heç kim bilməyəcək ki, onun cinsi nədir”, – deyə, nazir əlavə edib.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın