Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Səhiyyə naziri avtobus qəzasında xəsarət alanları ziyarət edib, onlar Bakıya gətirilir

Səhiyyə naziri avtobus qəzasında xəsarət alanları ziyarət edib, onlar Bakıya gətirilir

Səhiyyə naziri Oqtay Şirəliyev ötən gün Xızı rayonunda baş verən ağır yol qəzası nəticəsində xəsarət alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən 15 nəfərə baş çəkib.
APA-nın məlumatına görə, nazir xəsarət alanların səhhəti ilə maraqlanıb və müvafiq göstərişlər verib.
Qeyd olunub ki, qəza zamanı ağır bədən xəsarətləri olan 15 nəfərin müalicəsi paytaxtdakı tibb müəssisələrinin birində davam etdiriləcək.
Həmin şəxslər Bakıdan gələn təcili tibbi yardım maşınları ilə paytaxta aparılacaq.
Qeyd edək ki, ötən gün Xızıda “Hyundai” markalı mikroavtobus dərəyə aşması nəticəsində 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
250 D

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın