Ana səhifə / Siyasət / Şəhid qızının işinə Hərbi Prokurorluq da qarışdı

Şəhid qızının işinə Hərbi Prokurorluq da qarışdı

Xəbər verdiyimiz kimi, Müdafiə naziri Zakir Həsənovun nümayəndələri şəhidin hərbçi qızı Minarə Bayramovanı (İsmayılova) işini araşdırmaq məqsədilə Gəncəyə ezam olunub. Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyyəti Gəncə şəhər Zabitlər evində Minarə Bayramovanı qəbul edib.
Moderator.az-a daxil olmuş məlumata görə, artıq bu işlə bağlı Respublika Hərbi Prokurorluğu da araşdırmalara başlayıb. İş şəxsən hərbi prokuror Xanlar Vəliyevin nəzarətindədir. Aparılan araşdırmalarla bağlı hələ ki, saxlanılan olmasa da, məsuliyətə cəlb edilənlərin olacağı gözlənilir. Ola bilsin ki, yaxın günlərdə aparılan araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə açıqlama veriləcək.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın