Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Səfirlik Qarabağdakı separatçıların musiqi qrupunun İran konserti haqda

Səfirlik Qarabağdakı separatçıların musiqi qrupunun İran konserti haqda

“Bizim bütün tarixi və coğrafi adlara ehtiramımız var və bu adların dəyişməsinin əleyhinəyik”.

Bu sözləri APA-ya açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi “Artsaxın səsi” adlı musiqi qrupunun İranda islam İnqilabına həsr olunmuş bayram proqramında çıxış edəcəyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O bildirib ki, coğrafi adların dəyişdirilməsi beynəlxalq hüquqa ziddir: “Biz Artsax adında heç bir qurum tanımırıq. İranda da heç kəs belə bir qrup tanımır. İslam inqilabı günü müxtəlif ölkələrdən olan qruplar İranda çıxışı edir. Qrupun İranda çıxışı araşdırılır. Biz səfirlik olaraq bu barədə Tehrana məlumat vermişik. Hazırda dəqiqləşdirmələr aparılır”.

*   *   *11:03

İşğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin “Artsaxın səsi” adlı musiqi qrupu İranda konsert proqramı ilə çıxış edəcək.

APA-nın verdiyi məlumata görə, bunu qrupun bədii rəhbəri Lira Koçaryan deyib. O, qrupun tərkibində 13 nəfərin olduğunu bildirib.

L. Koçaryan qeyd edib ki, qrup bu il Rusiya, Argentina və Braziliyada da çıxış etmək üçün dəvət alıb.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın