Ana səhifə / Siyasət / Səfir: “Qərb əsas diqqəti regionda sülhə dəstək verilməsinə yönəltməlidir”

Səfir: “Qərb əsas diqqəti regionda sülhə dəstək verilməsinə yönəltməlidir”

16 dekabrda məşhur FOX News kanalının radio proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla müsahibə baş tutub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, müsahibədə səfir Ermənistanın təxribatına qarşı Azərbaycanın uğurlu əks-hücumundan bəhs edib, Ermənistan tərəfindən 30 ilə yaxındır işğal olunmuş ərazilərini geri qaytarmasını bildirib.

O qeyd edib ki, əməliyyat Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində baş verib və Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədləri yoxdur. O, ərazilərin işğaldan azad edilməsi ilə həm də BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsinin Azərbaycan tərəfindən yerinə yetirildiyini diqqətə çatdırıb.

Səfir hazırda Ermənistanın işğalı nəticəsində tamamilə dağıdılmış həmin ərazilərin dirçəldilməsi, məcburi köçkünlərin geri qaytarılması istiqamətində işlər aparıldığını qeyd edib. E. Süleymanov Azərbaycanla Ermənistan arasında iqtisadi və sosial əməkdaşlığın qurulması, ümumilikdə regionun dirçəlməsinə ümid etdiyini bildirib: “Belə ki, ölkələrimizin tərəfdaşları, o cümlədən Qərb dövlətləri əsas diqqəti regionda xalqlarımızın sülh və əmin-amanlıq münasibətlərinin yaradılmasına və davamlı sülh istiqamətində səylərə dəstək verilməsinə yönəltməlidir. Ekstremist ideologiyalar, irqçi, separatçı, dindən sui-istifadə edən fikirlərin regionumuzun inkişafına heç bir faydası olmayacaq”.

Jurnalistin ermənilərin mədəni kökləri və Azərbaycan ərazisində onların mövcudluğu ilə bağlı sualına cavab olaraq səfir bildirib ki, çoxmillətli dövlət olan Azərbaycanda müxtəlif xalqların nümayəndələri, hər zaman öz mədəni azadlıqlarından sərbəst şəkildə istifadə ediblər: “Ölkəmiz və cəmiyyətimiz öz müxtəlifliyi və tolerantlığı ilə fəxr edir”.

Səfir jurnalistin “Human Rights Watch” beynəlxalq təşkilatının münaqişə ilə bağlı dərc etdiyi xəbərlərə münasibət bildirib. Azərbaycan hərbi qüvvələrinin Şuşa şəhərində ermənilərə məxsus kilsəni atəşə tutması ilə bağlı iddiaya cavab verən səfir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan ordusu heç bir zaman kilsələri hədəf almayıb. Kilsənin təsadüf və ya kənarda baş verən partlayış nəticəsində zədələnə bilmək ehtimalını qeyd edən səfir, burada heç bir insan tələfatının olmadığını diqqətə çatdırıb. Əksinə elə həmin təşkilat tərəfindən də işıqlandırıldığı kimi, Ermənistanın Azərbaycanın mülki şəxslər yaşayan ərazilərinə hücumu zamanı kasetli hərbi sursatlardan istifadə etməsi və onlarla günahsız insanın həlak olmasına diqqət çəkib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …