Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Səfir Elin Süleymanov: “Trampın Rusiyaya münasibətinə çox təsirlənirəm…”

Səfir Elin Süleymanov: “Trampın Rusiyaya münasibətinə çox təsirlənirəm…”

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu ölkənin prezidenti Donald Trampın Rusiyaya münasibətindən “çox təsirləndiyini” bildirib. Səfir bu haqda “The Hill” nəşrinin televiziya variantının-Hill.TV-nin “Rising” proqramına müsahibəsində danışıb.

“Fikrimcə biz Rusiya ilə qarşılıqlı hörməyə əsaslanan xeyirxah qonşuluq münasibətlərinin qurulmasının yolunu tapmışıq. Hesab edirəm ki, Rusiya prezidentinin və rus cəmiyyətinin tələb etdiyi əsas şey hörmətdir”-Elin Süleymanov Azərbaycanın Rusiya ilə münasibətləri barədə danışarkən deyib.

Səfir ABŞ prezidenti Donald Trampın da Rusiya ilə yaxşı münasibətlər qurmaq səylərini müsbət qiymətləndirib: “Prezident Trampın bu məsələdə yanaşması müəyyən mənada məni çox təsirləndirir”.

“Hansısa ölçüdə o Birləşmiş Ştatlar tərəfindən təzyiqlərin dəstəklənməsi və ABŞ-ın milli maraqlarının qorunması ilə Rusiyaya, ruslara müəyyən hörmət arasında balansı tapmağa çalışır”-səfir əlavə edib.

“The Hill” qeyd edir ki, Azərbaycanla Rusiya arasında münasibətlər bir vaxtlar soyuq olub, lakin son vaxtlar tərəflər münasibətlərin yaxşılaşması üzərində işləyiblər.

Elin Süleymanovun sözləri ABŞ-da xüsusi prokuror Robert Müllerin Tramp və komandası ilə Rusiya arasında mümkün gizli sövdələşmələr, 2016-cı il seçkilərinə müdaxilə barədə təhqiqat apardığı bir vaxta təsadüf edir. (Virtualaz.org)

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …