Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Səfir: “Azərbaycanda FETÖ-nün beli qırıldı”

Səfir: “Azərbaycanda FETÖ-nün beli qırıldı”

Azərbaycan FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə mübarizəyə 15 iyul hərbi çevriliş cəhdindən əvvəl başlamışdı. 15 iyuldan sonra isə bu təşkilatın belini qırdı.

Virtualaz.org xəbər verir ki, bu sözləri Türkiyənin Bakıdakı yeni səfiri Erkan Özoral “Anadolu” agentliyinə müsahibəsində deyib. Səfir bildirib ki, Azərbaycan FETÖ-ya qarşı mübarizədə həmişə Türkiyənin yanında olub.

“15 iyul hərbi çevriliş cəhdindən sonra Azərbaycanda daha qəti addımlar atıldı. Azərbaycanda ağır zərbə alan FETÖ-nün beli qırıldı. Lakin bunu da yaddan çıxarmaq lazım deyil ki, bu, uzun müddətli mübarizədir. Qardaşlarımız bunlarla müntəzəm olaraq qəti şəkildə mübarizə aparmaq durumundadır. Bu təşkilat yayıldığı hər bir ölkədə təkrar canlanıb ortaya çıxmaq üçün fürsət gözləyən şeytani strukturdur. Yəni mübarizənin axıra qədər aparılması lazımdır. Biz Azərbaycandan bu məsələdə dəstək gördük və dəstəyin davam edəcəyinə heç bir şübhəmiz yoxdur”-səfir bildirib.

Xatırladaq ki, bu günlərdə əvvəllər Fətullah Gülənə bağlı olan, lakin ötən il SOCAR-ın idarəçiliyinə verilən “Qafqaz” universiteti fəaliyyətini dayandırıb. Habelə fətullahçılara bağlı bir neçə türk şirkətinin ölkədən getdiyi bildirilir.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın