Ana səhifə / Siyasət / Səfa Mirzəyev: “Türkmənistan və Özbəkistanı Türk PA-ya cəlb etməyə çalışırıq”

Səfa Mirzəyev: “Türkmənistan və Özbəkistanı Türk PA-ya cəlb etməyə çalışırıq”

“Azərbaycan ATƏT Parlament Assambleyasında çox böyük və gözəl nailiyyətlər qazanıb”.

“Report” xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

Onun sözlərinə görə, parlamentin fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq əlaqələrdir: “Bu iş də, əsasən, iki istiqamətdə gedir. Birincisi, Milli Məclis hazırda bu və ya digər dərəcədə 11 beynəlxalq parlament təşkilatı ilə əməkdaşlıq edir. Bunların da çoxunun üzvüyük.

İkincisi, Milli Məclisin nümayəndə heyətləri bir sıra beynəlxalq təşkilatlarda geniş fəaliyyət göstərirlər. Məsələn, ATƏT Parlament Assambleyasının iyul ayında Lüksemburqda keçirilən illik sessiyasında Azərbaycan nümayəndə heyəti gözəl nəticələr əldə edib. Assambleyanın dondurulmuş münaqişələr haqqında qətnaməsində ilk dəfə olaraq Azərbaycanın adı digər dövlətlərlə eyni sırada sadalanıb. Erməni lobbisinin fəaliyyəti nəticəsində əvvəllər Azərbaycanı ayırırdılar. Ukrayna, Gürcüstan, Moldova bir gedirdi. Heç Azərbaycanın adı çəkilmirdi, Dağlıq Qarabağ münaqişəsi kimi gedirdi. Bu, bizim çox böyük nailiyyətimizdir”.

Milli Məclis Aparatının rəhbəri Azərbaycanın Türkdilli Dövlətlərin Parlament Assambleyasındakı (Türk PA) fəaliyyətinə də toxunub: “Türk PA böyük təşkilat olmasa da, Azərbaycan üçün çox vacib qurumdur. Bizim Türk PA-dakı nümayəndə heyətimizə Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik edir. Bu faktın özü Türk PA-nın Azərbaycan üçün əhəmiyyətini göstərir. Bura türkdilli ölkələrin birləşməsi üçün vacib platformadır. Biz indi Özbəkistan və Türkmənistanı da Türk PA-ya cəlb etməyə çalışırıq”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …