Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb

Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb

Bu gün Bakı Ağır Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi təxirə düşüb.
“Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək proses M.Səlimovun vəkilinin iştirak etməməsi səbəbindən görə təxirə salınıb.
Məhkəmə prosesi martın 18-nə təyin edilib.
Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın