Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Səfər Əbiyevin həbsdəki sabiq müavini döyüşə getmək istəyir…

Səfər Əbiyevin həbsdəki sabiq müavini döyüşə getmək istəyir…

Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov dövlət başçısına müraciət edib.
Moderator.az xəbər verir ki, o,  müraciətdə bildirilir ki, bu gün İstintaq Təcridxanasında saxlanılan şəxslər bir nəfərə kimi silaha sarılaraq düşmənlə döyüşə getmək istəyir:
“Cənab Ali Baş Komandan, mən Azərbaycan ordusunun yaradılmasında, əsgər-zabit heyətinin formalaşmasında xüsusi xidmətlər göstərmişəm və Qarabağ döyüşlərində iştirak etmişəm. 1999-cu ilə qədər müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində çalışmışam. Bu gün həbsdəyəm. Şübhə etmirəm ki, haqq öz yerini tapacaq, mənim günahsızlığım sübut olunacaq və bundan sonra da bütün varlığımla Azərbaycana xidmət edəcəm. Bununla belə, mən həbsdə rahat yata bilmirəm. Mənfur, azğın düşmən torpaqlarımıza ağır artilleriya və müxtəlif iri çaplı silahlardan hücum edərək dinc sakinləri qətlə yetirirlər. Şübhəsiz ki, müharibə itkisiz olmur və sevinirəm ki, bu gün güclü Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr vurur, ermənilər pərən-pərən olub. Artıq terrorçu Ermənistan dövləti Azərbaycanın qarşısında diz çöküb. Məhz Sizin qətiyyəntiniz, siyasətiniz, peşəkarlığınız, ordumuzun gücü sayəsində düşmən xeyli geri çəkilmişdir. Cənab Ali Baş Komandan, bu gün həbsxanada cəza çəkən onlarla gənc də döyüşmək istəyirik. Mən ehtiyatda olan polkovnik kimi Sizdən xahiş edirəm ki, mənim, eyni amanda burada həbsdə olan onlarla gəncin xahişini nəzərə alasınız və bizi cəbhəyə düşmənlə döyüşə göndərəsiniz. Bir hərbçi üçün ən şərəfli yol döyüş meydanıdır. Xahiş edirəm, dövlətimə, millətimə yenidən xidmət göstərməyim üçün məni buradakı dustaqlarla birlikdə cəbhə xəttinə göndərəsiniz. Biz ölməyə yox, düşməni öldürməyə hazırıq! Son qanıma qədər döyüşə hazıram. Vaxtilə erməni ordusuna vurduğum zərbələri bir daha təkrarlamaq istəyirəm”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın