Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Rza Zərrab kimdir ki, ona görə Türkiyəyə hədə gəlirlər?” –MHP lideri

“Rza Zərrab kimdir ki, ona görə Türkiyəyə hədə gəlirlər?” –MHP lideri

Rza Zərrab barəsində qərar Türkiyə məhkəmələrində verilməlidir”.

Bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib. MHP lideri bildirib ki, qaçaqmalçının, cinayətkarın etdiyi əməllərə Türkiyə Respublikasında hüquqi qiymət verilməlidir.

“ABŞ Türkiyənin etibarı, iradəsi, nüfuzu, siyasi və iqtisadi haqları ilə oynamağı, bunları zədələməyi necə və hansı haqla edir? Rza Zərrab kimdir ki, ona görə Türkiyəyə hədə gəlirlər?

Bizim ABŞ-ın ədliyyə sistemindən alacağımız, öyrənəcəyimiz heç nə yoxdur. Əcnəbi ölkənin ağzına baxıb, bizə nə verəcək deyərək siyasət aparmaq şərəfli keçmişimizdə olmayan, görülməyən, eşidilməyən və bundan sonra da eşidilməyəcək bir hərəkətdir. Milliyətçi Hərəkət Partiyası Türkiyə Respublikasının ABŞ-da ittiham edilməsinə qiyabi və ya qəsdən məhkəməyə çıxarılmasını şiddətlə qınayır və qarşı çıxacaqdır”/Azvision.az

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …