Ana səhifə / Siyasət / Rüşvət alan direktora görə hakimlər Bakıya gəldi – Qərar veriləcək

Rüşvət alan direktora görə hakimlər Bakıya gəldi – Qərar veriləcək

160-a yaxın tələbəsindən rüşvət aldığı üçün həbs edilən Astara Pedoqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək. 

Qafqazinfo”nun verdiyi xəbərə görə, prosesə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Amil Dosiyev rəhbərlik edəcək. Lakin məhkəmə prosesi Şirvanda yox, Bakıda, Nizami rayon məhkəməsində baş tutacaq.

Belə ki, 3 hakim Əlihəsən Həmzəyevlə bağlı qərar vermək üçün Bakıya ezam olunublar. Proses oktyabrın 7-də olacaq. Qərarın elan olunacağı gözlənilir.

Qeyd edək ki, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3-cü bəndinin bütün bölmələri üzrə ittiham edilib. Ə.Həmzəyevi 8 ildən 12 ilə qədər cəza gözləsə də, o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın