Ana səhifə / Siyasət / Rüstəm Usubov kəfən geyinənlərlə görüşdü

Rüstəm Usubov kəfən geyinənlərlə görüşdü

Fevralın 3-ü səhər saatlarında bir qrup şikayətçi Baş Prokurorluğun binası önündə etiraz aksiyası keçirib. 

“ Azinforum.az ” modern.az-a istinadən xəbər verir ki, şikayətçilər problemlərinin həll edilməməsindən narazıləq ediblər. Vətəndaşların əsas tələbləri Baş prokuror Zakir Qaralovla görüşmək olub. Onların bəziləri kəfən geyinməklə problemlərinə göz yumulmasına bu yolla etiraz ediblər.

Vətəndaşlar deyiblər ki, uzun müddətdir Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq, vəzifəli şəxslər onların problemlərinin həll edilməsi istiqamətində heç bir real addım atmır.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov modern.az saytına həmin vətəndaşların Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov tərəfindən qəbul edildiyini bildirib. O, həmçinin hazırda qəbulun davam etdirildiyini əlavə edib.

 

Rüstəm Usubov kəfən geyinənlərlə görüşdü

 

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın