Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Rüstəm Muradov yenə Qarabağa gəlir

Rüstəm Muradov yenə Qarabağa gəlir

Rusiya sülhməramlıları Qarabağda yerləşdirilmələrinin ildönümü münasibətilə böyük tədbir keçirməyi planlaşdırırlar.

Axar..az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Rusiya Müdafiə Nazirliyi təxminən 200 medal hazırlayıb və onları Cənub Hərb Dairəsinin komandan müavini Rüstəm Muradov gətirəcək. Fərqlənən hərbçilər medallarla təltif olunacaq”, – məlumatda qeyd olunub.

Məlumata görə, Muradov bu gün Ermənistana, sabah isə mükafatların verilmə mərasiminin keçiriləcəyi Qarabağa yollanacaq.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …