Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Ruslar əvvəl yaxşı bombardman edirlər, sonra…” – Araz Əlizadə

“Ruslar əvvəl yaxşı bombardman edirlər, sonra…” – Araz Əlizadə

“Rusiya faktiki ölüm-dirim müharibəsinə başlayıb. Əslində bu, ABŞ üçün də var olmaq savaşıdır. Vaşinqtonun niyyəti Ukrayna vasitəsilə Rusiyanı zəiflətmək, geri atmaq və birqütblü dünya düzənini davam etdirməkdir. ABŞ strateqləri düşünür ki, Rusiya zəiflədikdən sonra Çinə yardım edə bilməyəcək. Növbədə əsas məqsəd kimi Çin, Pekini vurmaqdır. Bir daha qeyd edirəm ki, burada əsas məqsəd birqütblü dünya sisteminin davam etməsinə nail olmaqdır”.

Bu fikirləri Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

ASDP sədri qeyd edib ki, Ukrayna bu savaşda birmənalı məğlub olacaq. Onun fikrincə, Ukrayna uzun müddət müqavimət göstərə bilməz: “Düzdür, Ukraynaya ağır və uzağı vuran müasir silahlar verirlər. Amma bu silahlardan istifadə etməyi də bacarmaq lazımdır. Hətta deyərdim ki, vacibdir. Çünki istifadə edə bilmədiyin silah əlavə zibil, yükdür. Ukraynada belə silahlardan istifadə edəcək mütəxəssis yoxdur. Ümumiyyətlə, Ukraynada müharibə aparacaq canlı qüvvələr də tədricən tükənir. Üstəlik 5 milyondan artıq adam Avropaya gedib. Ukraynanın son bir neçə ildə yaxşı təlim keçən qüvvələri var. Amma bu müharibədə qırılır. Xüsusilə, Donetsk uğrunda savaşda. Ehtiyatdan çağırılanlar isə döyüşmək istəmirlər, üstəlik hərbi bacarıqları da yoxdur. Ona görə də məhv olurlar”.

Araz Əlizadə deyib ki, müharibədə Rusiyanın da itkiləri var və bu normaldır: “Mümkün deyil ki, müharibədə bir tərəfin itkisi olsun, digər tərəfin itkisi olmasın. Bəli, hücum edən tərəf daha çox itki verir. Amma ruslar ehtiyatla müharibə aparırlar və çalışırlar ki, itkisiz olsun. Xüsusilə, müharibənin ikinci mərhələsində əvvəl yaxşıca bombardman edirlər, sonra canlı qüvvə ilə hücuma keçirlər”.

ASDP sədri əmindir ki, bu müharibə və sanksiyalar Rusiyanı zəiflətməyəcək, ona görə, ruslar bu prosesdən daha güclü çıxacaq: “Rusiyanın kifayət qədər xammalı, resursu var və bu səbəbdən də güclü çıxacaqlar. Amma biz ümumilikdə sülhün tərəfdarıyıq”.

Teleqraf.com

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …