Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “Rusiyanın zəifləməsi Ermənistanı İranla yaxınlaşdırır” – Arif Hacılı

“Rusiyanın zəifləməsi Ermənistanı İranla yaxınlaşdırır” – Arif Hacılı

“Rusiyanın təsir imkanlarının zəifləməsi Ermənistanı İranla yaxınlaşmağa vadar edir”.

Bunu Yenisabah.az-a açıqlamasında Müsavat Partiyasının Başqanı Arif Hacılı deyib.

Arif Hacılı bildirib ki, Zəngəzur ərazisindən keçən 42 km-lik nəqliyyat yolu bütövlükdə Avrasiya məkanı üçün çox əhəmiyyətli marşrutdur:

“İstər İran, istərsə də Rusiya bu yolun konkret olaraq Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan və türk dünyasını birləşdirən bir yol kimi fəaliyyətə başlamasını istəmir və bu yol üzərində nəzarəti saxlamaq istəyindədir. Zəngəzur yolunun açılması və burada həm dəmiryolunun, həm də nəqliyyat yolunun istifadəyə verilməsi günümüzün reallığıdır.

Rusiya və İran bu yol üzərində nəzarəti həyata keçirməyə çalışır. İran dini liderinin bu yol  barədə ötən həftəki açıqlamaları, eyni zamanda İrandan Ermənistan ərazisinə keçən yük maşınlarının Rusiyalı sərhədçilər tərəfindən saxlanılması, indidə Rusiyanın həmin ərazidə fəallığının artması məhz bununla bağlıdır.

Rusiya-Ukrayna müharibəsinin gedişində Rusiyanın mövqeyinin və təsir imkanlarının  zəifləməsi ehtimalları Ermənistan siyasətçilərini İranla daha yaxşı münasibətlər qurmaq istiqamətində fəaliyyət göstərməyə sövq edir. Ermənistanın siyasi dairələri və partiya rəhbərləri, ümumiyyətlə ictimaiyyət İranla münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində təbliğat aparır.

Rusiyanın Ermənistanı müdafiə edə bilməyəcəyi təqdirdə, alternativ olaraq İranı  görür. Bu baxımdan Azərbaycan və Türkiyə bu gerçəkliklərini nəzərə alaraq Zəngəzur dəhlizinin açılması, burada həm dəmiryolunun, həm də avtomobil yolunun açılması istiqamətində addımların intensivləşdirilməsi və bu layihənin həyata keçməsi üçün diplomatik təşəbbüskarlığı artırmalıdır”.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …