Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Rusiya və Çin niyə Maduronu müdafiə edir? – Şərh

Rusiya və Çin niyə Maduronu müdafiə edir? – Şərh

“Bu gün dünyanın nəzəri Venesuelaya yönəlib. Hazırda bu ölkədə 2 prezident var: Nikalos Maduro və Xuan Quaido”.

Bnu iqtisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, bu məsələyə münasibətdə dünyanın aparıcı dövlətləri arasında ciddi fikir ayrılığı yaranıb:

“ABŞ, Kanada, Böyük Britaniya, Braziliya, Kolumbiya və Peru kimi ölkələr artıq Xuan Quaydonu keçid dövrünün prezidenti kimi tanıyıblar. Nikalos Maduronu isə prezident kimi Rusiya və Çin tanıyır. Əslində bunun da başlıca səbəbi Rusiya və Çinlə Venesuela arasında dərin iqtisadi əlaqələr, xüsusilə də neft hasilatı ilə bağlı Rossneft və Çinin Dövlət Neft Şirkəti ilə Venesuelanın dövlət neft şirkəti ilə PDVSA-nın sıx əməkdaşlığıdır.

Hazırda PDVSA defolt vəziyyətdədir. Hesablamalara görə, Venesuela iqtisadiyyatında iki dövlətin birlikdə sərmayələri 37,2 milyard dolları ötüb. Təsdiq olunmuş neft ehtiyatına görə dünya birincisi olan Venesuelanın borcları onun ÜDM-ni ötüb, ötən il inflyasiya 1,8 milyon faiz qeydə alınıb. 2014-cü ildən bəri 3 milyondan çox əhali ölkəni tərk edib”.

Qubad İbadoğlu qeyd edib ki, 1983-cü il təvəllüdlü Xuan Quaydonun əsas siyasi fəaliyyəti rejimin oğurladığı pulları geri qaytarmaq və korrupsiya layihələrini dayandırmaqdır: “Bunu başa başa düşən Rusiya və Çinin Nikalos Maduronu müdafiə etməkdən başqa çarəsi qalmayıb. Onlar özləri də gözəl bilirlər ki, Venesuelada Nikalos Maduronun mütləq hakimiyyəti tezliklə bitir.

Bu isə həmin ölkəyə qoyulmuş rus və Çin mənşəli sərmayələrin və verilmiş borcların da batması deməkdir”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …