Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Rusiya-Ukrayna müharibəsinin bir ili – ŞƏRH

Rusiya-Ukrayna müharibəsinin bir ili – ŞƏRH

Bu gün Rusiyanın Ukraynaya hərbi təcavüzünün bir ili tamam oldu.
Ötən bir il ərzində həm Ukrayna, həm də Rusiya ciddi itkilər verdi. Eyni zamanda bu savaş get-gedə qlobal xarakter almağa başladı.

Son illərin ən böyük hərbi-siyasi hadisəsi sayılan Rusiya-Ukrayna müharibəsinin bir ilini necə dəyərləndirmək olar?
Mövzu ilə bağlı fikirlərini Bakupost.az -a bölüşən politoloq Zərdüşt Əlizadənin fikrincə, Rusiya hazırda çox ağır siyasi, iqtisadi və mənəvi böhran qarşısındadır:

“Rusiyanın hərbi qələbəsi sual altındadır. Müharibə istəyən tərəf həmişə ona hazır olmalıdır”.

Z.Əlizadə qeyd edib ki, son bir ildə Ukrayna da ciddi itkilər verib:

“Birmilyondan çox vətəndaşı həlak olub, şəhərləri dağılıb, infrastrukturuna ziyan dəyib. Ukraynanın böyük bir hissəsi viran qalıb. 8 milyon Ukrayna vətəndaşı Avropaya qaçıb, 5 milyonu isə Qərbi Ukraynaya köçüb. Bununla belə Ukraynanın dünyada hörməti artıb. Ukrayna prezidenti dünyanın bir nömrəli siyasətçisinə çevrilib. Bütün dünya Zelinskini sevir və onu bir qəhrəman kimi qəbul edir. Ukrayna öz müstəqilliyini hələ də qoruyub saxlaya bilib. Ərazilərinin qaytarılması üçün mübarizəni əzmlə davam etdirir. Ukrayna müharibəni yalnız o zaman dayandıracaq ki, 1991-ci ilə qədərki əraziləri, həmçinin, Krımı azad etsin və Rusiya ona vurduğu maddi ziyanı ödəsin”.

Politoloq bildirib ki, dünyanı nüvə silahı ilə hədələmək ağılsızlığın ən yüksək həddidir. Çünkii bu, bəşəriyyətin sonu ola bilər:

“Rusiya müharibə başlamazdan əvvəl Avropanın energetika bazarında inhisarçı mövqeyində idi. Ötən bir ildə neft-qaz təchizatı sahəsində bütün bu mövqelərini itirdi. Yüz milyard dollar xərcləyib borular çəkmişdi. Onlar hamısı məhv edildi. Bütün münasibətlər kəsildi. Həmçinin, bütün beynəlxalq təşkilatlardan, yarışlardan, mədəni tədbirlərdən uzaqlaşdırıldı. Ciddi iqtisadi-ticari cəza tədbirləri tətbiq edildi. Rusiya maliyyə ehtiyatları Qərb tərəfindən donduruldu. Rus oliqarxlarının, kapitalistlərinin bütün mülkiyyəti, var-dövləti dondurulub. Rusların Qərbdə təhsil alan övladları geriyə – Rusiyaya qayıtmalı olub. Putin dünyanın gözündə 1 nömrəli faşistə çevrilib. Rusiyanın güclü müttəfiqi yoxdur. Üstəlik, iqtisadiyyatı çox ağır vəziyyətdədir. Müharibədə 100 mindən çox Rusiya vətəndaşı həlak olub. Artıq Rusiyanın ərazisinə də zərbələr endirilir. Beləliklə, Rusiya məcbur olub dünyanı nüvə silahı ilə hədələyir. Qərb isə istəyir ki, nüvə silahını Rusiyanın əlindən alsın. Müharibəni uduzsa, Rusiyanın onlarla subyektə parçalanacaq”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …