Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Rusiya sülhməramlılarının mandatını hansı sənəd tənzimləyir?

Rusiya sülhməramlılarının mandatını hansı sənəd tənzimləyir?

Qarabağdakı Rusiya sülhməramlılarının mandatı Moskvanın hələ noyabrın 9-da hazırladığı üçtərəfli sənədlə tənzimlənir. Bu sənədi Rusiya və Ermənistan imzalayıb, amma Azərbaycan imzalamayıb.

Bu barədə bu gün Ermənistanın Vatikanda keçmiş səfiri Mikael Minasyan bildirib.

Bakının sənədi imzalamaqdan imtina etməsi Azərbaycanın ona sülhməramlıların fəaliyyətini tənzimləyən üç əlavə bəndin daxil edilməsini tələb etməsi ilə əsaslandırılıb:

– Qarabağda heç bir erməni qoşunu (o cümlədən Qarabağ SQ) olmamalıdır, belə ki, bu, Azərbaycan torpaqlarıdır. Azərbaycan qoşunları qanuni olaraq, Rusiya qoşunları isə Azərbaycanın razılığı ilə oradadır.

– Ermənistan rəsmilərinin Qarabağa bütün səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır.

– Qarabağın özünüidarə orqanları Bakı və sülhməramlılar ilə razılaşdırılmaqla təyin edilməlidir.

Minasyanın sözlərinə görə, sülhməramlılar faktiki olaraq Bakının hüquqi razılığı olmadan Qarabağdadırlar.

Azərbaycanla razılaşdırılmamış, amma Paşinyanla artıq imzalanmış sənəd Azərbaycanın əlinə əlavə təzyiq vasitələri verir. Azərbaycanın tələbləri yerinə yetirilmədiyi təqdirdə Bakı sülhməramlıların çıxarılmasını tələb edə bilər, Minasyan belə hesab edir.

O, həmçinin iddia edir ki, yanvarın 11-də keçirilən görüşdə bu sənəd müzakirə olunmayacaq. Yanvarın 11-də tamamilə başqa məsələ müzakirə olunacaq, deyə Ermənistan KİV-ləri Minasyandan sitat gətirir. 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …