Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Rusiya səfirliyinin Azərbaycana qarşı şantajı – FOTOFAKT

Rusiya səfirliyinin Azərbaycana qarşı şantajı – FOTOFAKT

Bu həyasızlığın başqa həddidir. Rusiyanın Azərbaycana qarşı növbəti şantajı, təhdidi və hədsizliyidir.

Guya, Lənkaran rayonundan olan bir qrup soydaşımız Rusiyanın Azərbaycandakı səfirliyinə gül göndəriblər, Ukraynada öldürülən işğalçı ordunun hərbçilərinin xatirəsini yad ediblər. Üstəlik də, həmin hərbçilərin fotosu olan xatirə lövhəsi hazırlayrq, onu səfirliyə təqdim ediblər.

Buradan sadəcə separatizm qoxusu gəlir.

Hər kəs bilir ki, Rusiya və İranın ortaq proyekti olan Talış Muğan qondarma respublikası xülyasında olan vətən xainləri, separatçıların bir qismi Rusiya tərəfindən himayə olunmaqdadırlar.

Azərbaycan ictimaiyyətindəki anti-rus havasına qarşı bu cür təxribat xarakterli mesaj verilməsi, Ukraynanın ərazi bütövlüyünə dəstək verən Azərbaycan hakimiyyətinə təzyiq məqsədi daşıyır.

Rus çarı və onun tör-töküntüləri bilməlidir ki, talış xalqı bizim bir parçamızdır, biz eyni bulaqdan, eyni kökdən gələn vahid bir millətik.

Bəzi xəyanətkar ünsürləri, Azərbaycan xalqı əleyhinə, milli bütövlüyümüzə qarşı istifadə etmək cəhdləri uğursuz olacaq.

Rus imperializminin regionda və dünyada “parçala, hökm sür” formatına əsaslanan qanlı işğal siyasəti, bumeranq kimi özünü vuracaq.

Elnur Məcidli

Rusiya səfirliyinin Azərbaycana qarşı şantajı - FOTOFAKT

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …