Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Rusiya Lapşindən ötrü özünü “cırır”” – Bayram Səfərov

“Rusiya Lapşindən ötrü özünü “cırır”” – Bayram Səfərov

“Kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi bizim yaralı yerimizdir. Onların hər ikisi üçün Azərbaycan xalqının ürəyi yanır”.

Bunu Modern.az-a müsahibəsində Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov deyib.

O bildirib ki, prezidentin girovların geri qaytarılması ilə bağlı xüsusi tapşırığı var:
“Sadəcə, digər işlərdə olduğu kimi, Ermənistan hakimiyyəti girovlar məsələsində də haqsızlıq nümayiş etdirir. Güman edirəm ki, yaxın vaxtlarda girovların geri qaytarılması mümkün olacaq. Vicdanı olan azərbaycanlı girovlara görə yanmalıdır. Onlar bizim övladlarımızdır”.

“İcmanın rəhbəri olaraq, yenidən girovlar məsələsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmək niyyətiniz varmı?” sualına B. Səfərov belə cavab verib:
“Kimə müraciət edim?! Lapşinin adını çəkdiniz. Bəli, Lapşindən ötrü Rusiya özünü “cırır”. Amma Dilqəm Əsgərova görə bir iş görmür. Rusiya bir dəfə olsun Dilqəmin dərdini çəkməyib. Bu, haqsızlıqdır. Bundan danışmaq lazımdır. İcmanın harasa müraciəti nəyi dəyişəcək?”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın