Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Rusiya hərbçilərinin arxasında gizlənən erməni separatçıları hədəfimizdir“

“Rusiya hərbçilərinin arxasında gizlənən erməni separatçıları hədəfimizdir“

“Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur”.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib. Politoloq Elxan Şahinoğlu Anar Eyvazovun bu açıqlamasına münasibət bildirib. Qeyd edib ki, haqqında bəhs olunan hadisə Azərbaycan Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiyanın sülhməramlı kontinqentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb və Azərbaycan bölmələrinin hər hansı atəş açmadığı təsbit olunub.

Belə olan halda Rusiya Müdafiə Nazirliyi nədən qəfil mövqeyini dəyişib və Azərbaycanı ittiham edib?

“Görünür, Rusiya Müdafiə Nazirliyi bu yolla Azərbaycana xəbərdarlıq mesajı göndərdiyini düşünür. Yəni demək istəyirlər ki, “Azərbaycan bölmələrinin Qarabağdakı fəallığından narahatıq”. Nə deməklərindən asılı olmayaraq işimizi davam etdirməliyik. Müdafiə naziri Zakir Həsənovun təlimatı var: Rusiya hərbçilərinin arxasında gizlənən erməni separatçıları hədəfimizdir. Ona görə də Rusiya Müdafiə Nazirliyinin indiki halda həqiqəti əks etdirməyən məlumatından narahat olmağa dəyməz, tam əksinə qoy öyrəşsinlər ki, arxalarında gizlənən silahlı erməni separatçılarını rahat həyat gözləmir!” – deyə Elxan Şahinoğlu qeyd edib. 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …