Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Rusiya hər iki tərəfi razı salmaq istəyir” – DEPUTAT

“Rusiya hər iki tərəfi razı salmaq istəyir” – DEPUTAT

Bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Baş nazir müavinləri Aleksandr Novak və Aleksey Overçukun da bu ölkəyə səfəri gözlənilir.

Maraqlıdır, niyə Rusiya böyük heyətlə Ermənistana getməyə ehtiyac duyub? Ümumiyyətlə, bu səfər münaqişənin nizamlanmasına necə təsir göstərəcək?

Milli Cəbhə Partiyasının sədri, Milli Məclis deputatı Razi Nurullayev Yenisabah.az-a açıqlamasında bildirib ki, eyni nümayəndə heyəti həm də Azərbaycana da səfər edəcək:

“Mən bu barədə araşdırmışam, müəyyən məsələləri özüm üçün aydınlaşdırmaq istəmişəm. Onlar Azərbaycan rəhbərliyi ilə də görüşəcəklər, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müqddəalarının həyata keçirilməsi üçün lazım olan şərtləri müzakirə edəcəklər. Şərtlərə hər iki tərəfin sadiq olmasını istəyirlər. Onlar yəqin ki, Qarabağın həm ermənilər yaşayan hissəsində, həm də Azərbaycan hissəsində Rusiya dövlətinin hansı addımlar ata biləcəyi ilə bağlı məsələləri müzakirə edəcəklər ki, orada olan dağıntıların daha tez həll yolu tapılsın və bu humanitar fəlakət aradan qaldırılsın”.

Millət vəkili Rusiya səfərinin münaqişənin nizamlanmasına hər hansısa mənfi təsir göstərməyəcəyini vurğulayıb:

“Rusiya bu məsələdə sülhməramlı missiyasını üzərinə götürüb, marağındadır ki, onun iştirakı ilə imzalanan üçtərəfli bəyanatın müddəaları hərfilə yerinə yetirilsin və tərəflər arasında yeni münaqişələr əmələ gəlməsin. Çünki Rusiyanın sülhməramlıları, Rusiya dövləti haqqında dünyada fikir heç də birmənalı deyil. Hər kəs düşünür ki, Rusiya hara gedirsə, oraya dağıntı, fəlakət aparır. Rusiya da təbii ki, bütün bunlardan məlumatlıdır və mənə elə gəlir ki, Rusiya bunun tamamilə əksini Azərbaycanda sübut edəcək. Onlar əllərindən gələni edəcəklər ki, sülhməramlı missiyaları uğurlu olsun və heç bir tərəfi narazı salmasınlar. Hər halda bizim üçün məsələnin maraqlı olan tərəfi bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərqərar olur və bundan sonra nələr baş verəcəksə, hər bir şey Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacaq. Amma birmənalı olaraq burada Dağlıq Qarabağın statusundan söhbət gedə bilməz. Bu məsələ birdəfəlik bağlanıb”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …