Ana səhifə / Siyasət / Rusiya gəmisinin batmasının görüntüləri

Rusiya gəmisinin batmasının görüntüləri

Şahidlər hadisənin baş verməsini təfsilatı ilə danışlblar

Dalğıclar Oxot dənizində batmış “Dalniy Vostos” balıqçı gəmisinə çata bilmirlər.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 200 metr dərinlikdə olan gəmiyə çatmaq dalğıclar üçün əlçatmazdır. Onlar bu dərinliyə qədər enə bilmirlər. Dalğıclar maksimum 90 metr dərinliyə qədər enə, 60 metr dərinlikdə isə işləyə bilirlər.
Artıq “Dalniy Vostok” balıqçı gəmisinin batmasının təfərrüatları da açıqlanıb. Şahidlərin sözlərinə görə, gəmi açıq dənizə çıxan zaman heç bir əlamət təhlükə barədə xəbər vermirmiş. Gəmi heyəti son anadək gəminin batmayacağına ümid edib. “Dalniy Vostok” bir neçə dəqiqə ərzində, bir göz qırpımındaca batıb. Faciənin baş verdiyini başa düşən az sayda heyət üzvü evakuasiyaya hazırlığa başlayanda isə artıq gec olub. Xilas edilmiş mexanikin sözlərinə görə gəmi kapitanı bütün bu müddət ərzində susub: “Kapitan bu müddət ərzində heç bir əmr vermirdi”.
Qeyd edək ki, “Dalniy Vostok” balıqçı gəmisi aprelin 1-i gecə saatlarında batmışdı. Gəmidə ümumilikdə 132 nəfər olub. Gəmidəki 7 nəfərdən ibarət azərbaycanlıdan 4-ü xilas edilib.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın