Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Rusiya dövlət rəsmisindən Ermənistana “Qarabağı və 7 rayonu Azərbaycana qaytar” çağırışı…

Rusiya dövlət rəsmisindən Ermənistana “Qarabağı və 7 rayonu Azərbaycana qaytar” çağırışı…

“Ermənistan, birmənalı şəkildə, Qərbə inteqrasiya yoNəzakət Məmmədova: “Rusiya çevrilişdən sonra Ermənistanın yeni baş nazirinin fəaliyyətini təmkinlə, səssizliklə izləyən passiv müşahidəçi rolundan çıxaraq…”

Rusiya Federasiyası Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev deyib ki, Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş yeddi rayon Ermənistan tərəfindən azad edilməli və heç bir əlavə şərt irəli sürülmədən Azərbaycana qaytarılmalıdır:

“Bu gün Ermənistanda həm Rusiya, həm də Azərbaycan üçün qətiyyən gözlənilməz siyasət yeridilir. Böhran (Ermənistan-Azərbaycan) ATƏT MQ-yə daxil olan amerikalıların mövqeyi, həmçinin, ABŞ-da, Kanadada və Avropada mövcud olan nüfuzlu erməni diasporlarının mövqeyi nəzərə alınmaqla daha da kəskinləşə bilər. Qayıq çox möhkəm silkələnməyə başlayacaq. Rusiya hər zaman bəyan edir – böhran sülh yolu ilə həllini tapmalıdır. Qarabağ və yeddi rayon Azərbaycana hər hansı əlavə şərt irəli sürülmədən qaytarılmalıdır”.

Onun sözlərinə görə, Ermənistan ABŞ və Avropa İttifaqı istiqamətinə meyllənməyə başlayır və müəyyən mənada Ukraynanın yolu ilə gedir: “Şübhəsiz ki, Rusiyada biz bunu heç istəmirik. Lakin bəzi əlamətlərə görə sezirik ki, ssenarinin bu cür inkişafı mümkündür. Əgər, Allah göstərməsin, belə bir şey baş verərsə, Azərbaycan təmas xəttində amerikalı hərbi müşavirlərlə, beynəlxalq muzdlularla və müasir hərbi komplekslərlə üz-üzə qala bilər. Bu həm Rusiya, həm də Azərbaycan üçün ümumiyyətlə gözlənilməyən bir yoldur və Ermənistan hazırda bu yolu seçir”.

Rusiyada böyük bir rəsmi posta sahib olan Savelyev bu açıqlaması ilə, birmənalı şəkildə, həm həqiqəti, həm də ondan doğan Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Bu açıqlamanı necə dəyərləndirmək olar?lunu seçib və Rusiyanın maraqlarına zidd addımlar atmağa başlayıb”
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə  bildirib ki, Rusiya özünün Qafqazda 300 illik geosiyasi strategiyasının yeni konturlarını cızmaq üzrədir, əsas vektoru isə artıq əvvəlki kimi Ermənistan yox, Azərbaycandır: “Rusiya siyasi elitasına daxil olan nümayəndə heyətinin qatıldığı, işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində keçirilən konfransın adı, məkanı və zamanı kimi, orada iştirak edən şəxslərin səsləndirdiyi fikirlər də olduqca önəmlidir. Gördüyümüz kimi, Rusiya cari ilin aprel ayından etibarən Ermənistanda baş verən hadisələrə göstərdiyi təmkinli münasibəti, sükutunu nəhayət ki, Azərbaycan torpağında məhz erməni işğalından azad olunmuş ərazilərdə pozdu. Həm də birbaşa Ermənistanı hədəfə alan bəyanatlarla.

Nümayəndə heyətinin tərkibində Kremlin baş ideoloqu, “Putinin beyni” adlandırılan Duqinin, Ermənistana mənfi münasibəti ilə seçilən Şevçenko, habelə Dumanın deputatlarının olması Rusiyanın öz əsas müttəfiqi kimi görmək istədiyi Azərbaycana verdiyi əhəmiyyətin göstəricisidir. Orada səsləndirilən bəyanatlarda da Rusiyanın Azərbaycanı Qafqazda ən əsas müttəfiqi görməsi, Türkiyə və İranla əlaqələrdə Azərbaycanın mərkəzi mövqedə dayanması vurğulansa da, əsas əhəmiyyətli məsələ əlbəttə ki, Dağlıq Qarabağ məsələsinə dair səsləndirilən fikirlərdir”.

N.Məmədovanın sözlərinə görə, Dövlət Dumasının deputatı Dmitri Savelyevin bu fikirləri olduqca böyuk əhəmiyyət kəsb edir: “Artıq Ermənistan birmənalı şəkildə Qərbə inteqrasiya yolunu seçib və Rusiyanın maraqlarına zidd addımlar atmağa başlayıb. Rusiya çevrilişdən sonra Ermənistanın yeni baş nazirinin fəaliyyətini təmkinlə, səssizliklə izləyən passiv müşahidəçi rolundan çıxmağa və artıq dəyişən regional siyasətini açıq şəkildə bəyan etməyə başlayıb. Həm Duqin, həm də Savelyev Kremlə yaxın şəxslər hesab olunurlar və təbii ki, onların mövqeyi Rusiya dövlətinin rəsmi mövqeyi hesab oluna bilər. Artıq Rusiya aşkar surətdə münaqişənin həllini 7 rayonun işğaldan azad olunmasında görür. Bu, Ermənistanın Qərbpərəst mövqeyinə görə ona Rusiya tərəfindən verilmiş cavabdır. Artıq Rusiya Ermənistanın xəyanətkar, etibarsız müttəfiq olduğunu görərək Qafqazda əsas müttəfiq kimi Azərbaycanı görməyə başlayıb. Təbii ki, Azərbaycanla dostluğa və müttəfiqliyə gedən yol Qarabağdan keçir. Rusiya indiyədək Qafqazda əsas müttəfiq, özünə dayaq ölkə kimi Ermənistanı görürdü. Lakin hazırda Ermənistanın siyasəti hansı istiqamətdə apardığı göz qabağındadır. Üstəlik də Ermənistanda həm Qərb güc mərkəzlərinin, həm də erməni diasporunun təsiri xeyli artıb. Artıq bu ölkədə Rusiyanın sıxışdırılıb çıxarılması prosesi başlayıb”.

Politoloqun fikrincə, Gürcüstanda hakimiyyətdə olan qüvvələr Rusiyaya yaxın olsalar da, əhali arasında Rusiyaya rəğbət yoxdur: “Hazırda bu ölkədə qeyri-sabitlik hökm sürür, hakim elitanın öz arasında, eləcə də xalqla iqtidar arasında ziddiyyətlər mövcuddur. Cənubi Qafqazın iki qeyri-sabit, dövlət çevrilişləri yaşamış ölkələrindən fərqli olaraq, Azərbaycan ən güclü, sabit, inkişaf edən ölkədir. Üstəlik, Rusiyanın maraqlarını da inkar etmədən onunla əməkdaşlıq münasibətlərini davam etdirir. Lakin artıq Qərb Ermənistan iqtidarı üzərində mütləq təsirə malik olaraq bir çox məsələləri, o cümlədən Qarabağ məsələsini də özlərinə uyğun şəkildə həll və ya ondan manipulyasiya aləti kimi istifadə edə bilərlər. Həll olunmamış münaqişə, cəbhə xəttində, eləcə də Naxçıvanda üz-üzə dayanmış iki qoşun istənilən an Ermənistanın təxribatı ilə hərbi əməlyyatlara başlaya bilər və regionda vəziyyət Rusiyanın nəzarətindən çıxa bilər.

Odur ki, Rusiya Ermənistanın xarici qüvvələrin təhriki ilə münaqişəni öz xeyrinə həll etmək üçün ata biləcəyi mümkün təxribatların qarşını almaq məqsədilə Kremlə yaxın olan rəsmi şəxslərin dilindən bu cür bəyanatlar verməyə başlayıb. Bu konfrans və orada belə əhəmiyyətli bəyanatlar həm Paşinyan iqtidarına, həm də onun xarici havadarlarına, erməni diasporuna, ümumilkdə, Rusiyanı bölgədə sıxışdırmağa çalışan bütün qüvvələrə verilmiş mesajdır.

Bütün bunların qarşılığında Rusiya ATƏT-in Minsk Qrupunda söz sahibi mövqeyini itirməmək, eyni zamanda Cənubi Qafqazın öz nüfuz dairəsindən sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün proseslərə bu istiqamətdə davam etmək, Azərbaycanın haqlı mövqeyini müdafiə etməklə və onu özünün əsas müttəfiqi elan etməklə Qafqazdakı hegemonluğunu qoruyub saxlamaq strategiyasına üstünlük verməyə başlayıb. Savelyevin və Duqinin fikirləri də bunun bariz nümunəsidir.

İyulun 15-də Rusiyada Dünya Çempionatı başa çatdıqdan və avqust ayında Putin-Əliyev görüşündən sonra danışıqlarda və cəbhədə, qoşunların təmas xəttində müəyyən proseslər baş verə bilər. Prosesləri məhz Azərbaycan və Rusiya prezidentlərinin avqust danışıqları həll edəcək. Rusiya nümayəndələrinin Cocuq Mərcanlıdakı konfransı və bəyanatları isə bu mühüm görüş ərəfəsində Azərbaycana dəstək, Ermənistana xəbərdarlıq səciyyəsi daşıyır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …