Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Rusiya danışıqlarda Türkiyənin iştirakını qəbul etmir?

Rusiya danışıqlarda Türkiyənin iştirakını qəbul etmir?

Rusiya Dağlıq Qarabağla bağlı gələcəkdə baş tutacaq danışıqlara Türkiyənin qatılması təklifini rədd edib.

Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib.

Ötən gün Moskvada Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakanyan ilə birgə mətbuat konfransı təşkil edən Lavrov qeyd edib ki, Rusiya, ABŞ və Fransanın AvropaTəhlükəsizlik və Əməkdaşlıq Təşkilatının himayəsində həll yolu axtarmağa davam etməlidir.

Ermənistan Xarici İşlər naziri Mnatsakany isə konfrans zamanı, “Azərbaycana dəstək verən Türkiyən bu məsələdə vasitəçilik  edə bilməyəcək”,-deyib.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …