Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Rusiya Azərbaycanı TƏHDİD etdi…

Rusiya Azərbaycanı TƏHDİD etdi…

“Ukrayna bataqlığı içərisində olan Rusiya Azərbaycanla açıq qarşıdurmaya getməyəcək. Qarabağda zəruri və gərəkli bildiyimiz tədbirləri davam etdirməliyik”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq vurğulayıb ki, Laçın və ona paralel olan bütün yollar Azərbaycan ərazisindədir və yolları nəzarətə götürmək suveren hüququmuzdur:

“Rusiya Müdafiə Nazirliyinin bəyanatında Azərbaycan Silahlı Qüvvələrinin Sarıbaba dağının 2,9 km şimal-şərq istiqamətində irəlilədiyi və istehkam işlərinin həyata keçirildiyi təsdiq edilib. Bəyanatlarda bildirilib ki, Rusiya hərbi komandanlığı “böhranlı vəziyyətin gərginləşməsinin və təxribatların qarşısını almaq üçün tədbirlər görür”. Sonrakı cümlələri təhdid xarakter daşıyır: “Dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrin bölmələrinin əvvəllər tutduqları mövqelərə çıxarılması üçün tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı Azərbaycan tərəfinə tələb irəli sürülüb”.

Qüvvələrimizi çıxarmayacağımız halda nə edəcəklər? İkinci Qarabağ müharibəsindən sonra öz ərazimizdə bir neçə əməliyyat həyata keçirib irəriləmişik. Həmin əməliyyatlarda qarşımızı kəsə bilmədilərsə, bu dəfə də bəyanatla kifayətlənəcəklər. Nə Azərbaycan Rusiya ilə, nə də Rusiya Azərbaycanla Qarabağda toqquşmaq istəyir. Bu, hər iki dövlətin maraqlarına cavab vermir. Ancaq Kremlə onu da anlatmaq lazımdır ki, 1)Azərbaycan ordusu Qarabağda zəruri addımlarını davam etdirəcək və bu, 2020-ci il 10 noyabr bəyanatına zidd deyil; 2)Laçın yolunda sərhəd-keçid məntəqəsi yaradılacaq; 3) Rusiya hərbi kontingenti 2 ildən sonra bölgəni tərk etməyə hazırlaşmalıdır”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …