Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Bəyanatda vurğulanıb ki, Moskva hərbi və sərhəd xidmətləri xətti ilə operativ təmasları dəstəkləyir:

“Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında sərhədyanı insidentlə bağlı yaranmış vəziyyəti diqqətlə izləyir. Rusiya gərginliyi azaltmaq üçün Bakı və İrəvanla ən yüksək və ali səviyyədə davamlı təmas saxlayır”.

Bəyanatda qeyd olunur ki, Rusiya atəşkəs rejiminə əməl olunmasının, eləcə də 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatın müddəalarını icra etməyin zəruriliyinui təsdiq edir:

“İnsidentlər danışıqlar yolu ilə həll edilməlidir. Uzunmüddətli həlli yolunu Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasında görürük”.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …