Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Rusiya Avropa Şurasından çıxarılsa, Bakının mövqeyi necə olacaq?

Rusiya Avropa Şurasından çıxarılsa, Bakının mövqeyi necə olacaq?

Avropa İnsan Hüquqları Məhkəməsinin müxalifətçi Aleksey Navalnının sərbəst buraxılmasını tələb edən son qərarı Rusiyanın Avropa Şurasından çıxıb-çıxmayacağı ilə bağlı müzakirələrə səbəb olub.

Dövlət Dumasının sədr müavini, Rusiyanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy Rusiyanın Avropa Şurasından xaric olunmaq üçün prosedura başlayacağını gözlədiklərini deyib. “Əlbəttə ki, bloger Navalnıdan istifadə edərək Avropa Şurasının bəzi üzv dövlətləri Rusiyanı bu qurumdan xaric etmək üçün fövqəladə proseduru başlatmağa çalışacaq”, –  deyə, o bildirib. Onun sözlərinə görə, Rusiya belə bir qərara hazırdır və vəziyyətə uyğun hərəkət edəcək: “Bu, bizim suverenliyimizə, rus insanının ləyaqətinə ziddirsə, onda biz xaric edilməklə bağlı proseduru gözləmədən bu qurumu tərk edəcəyik”. Məsələyə Bakıdan necə baxırlar? Belə bir prosedur işə salınacağı və Rusiya Avropa Şurasından çıxarılacağı və ya səsvermə hüququndan məhrumetmə məsələsi gündəmə gələcəyi halda Bakının mövqeyi nə ola bilər?

Elxan Şahinoğlu “Real” TV-də veriliş açıb: “Bu sahədə boşluq var idi” -  Modern.Az Azərbaycan və dünya xəbərləri

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Aleksey Navalnı həbs olunmazdan öncə də Rusiya ilə Avropa Şurasının münasibətləri getdikcə gərginləşirdi: “Bu gərginlik 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra başlayıb. Həmin ildən Rusiyaya sanksiyalar da tətbiq olunmağa başlandı. Bu gün də davam edir. Daha sonra Rusiyanın keçmiş xəfiyyələrinin Avropa dövlətlərində müəmmalı qətlləri də sanksiyaları daha da sərtləşdirdi. Son olaraq da Navalnının zəhərlənməsi baş verdi və Rusiya hakimiyyəti buna aydınlıq gətirə bilmir. Sadəcə, boynundan atır. Lakin bu cavab Avropanı qane etmir. Məsələ Avropa Şurasının gündəminə gəlib. Navalnının həbsi isə münasibətləri daha da gərginləşdirib. Ona görə də Rusiyanı Avropa Şurasında səsvermədən məhrum edə bilərlər. Bir müddət öncə Rusiyanı səsvermədən məhrum etmişdilər. Hətta Rusiya nümayəndə heyəti AŞ PA-nın iclaslarına qatılmırdı. Amma Avropa sonra gördü ki, maliyyə məsələləri ilə bağlı problem yaşayır-çünki Rusiya Avropa Şurasına kifayət qədər üzvlük haqqı verir-Rusiya nümayəndə heyətinin səsverməsinə qoyulan qadağanı ləğv etdilər. Amma görünür, Rusiya nümayəndə heyətinin yenidən səsvermə hüququndan məhrum edilməsi məsələsi gündəmə gələ bilər. Rusiya da buna hazırdır. O ki qaldı Tolstoya, o, millətçi deputatdır. Müharibə zamanı Azərbaycanı hədələyən açıqlamalar verirdi. Amma Avropada bu hədələyici açıqlamalar işləmir. Avropanı hədələmək mümkün deyil, Avropa Şurası istədiyi qərarı verəcək. Azərbaycana gəldikdə, biz bu məsələyə yəqin ki, qarışmayacağıq. Biz nə Avropanı ittiham edə bilərik, nə Rusiyanı. Çünki o zaman özümüzün vəziyyətimiz qəlizləşə bilər. Bu, bizə aid olmayan mövzudur, biz ekspert kimi bu məsələyə münasibət bildiririk, amma dövlət olaraq hakimiyyət bu məsələyə, hər halda, münasibət bildirməyəcək. Rusiyanın AŞ PA-da səsvermə hüququndan məhrum edilməsi məsələsi səsverməyə qoyularsa, böyük ehtimalla Azərbaycan nümayəndə heyəti Rusiyanın lehinə səs verəcək. Hadisələrin bu istiqamətdə inkişafını görürəm”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …