Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Rusiya arxasında ikinci cəbhə?! – TƏHLİL

Rusiya arxasında ikinci cəbhə?! – TƏHLİL

“Neçə gün idi bu toqquşmanı gözləyərdim və açığı dünən etdiyim təhlildə nə qədər real olduğu qənaətinə gəldim”.

Bunu politoloq, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli deyib. O, ötən gecə Ermənistanla sərhəddə baş verən döyüşləri təhlil edib, hadisənin baş vermə səbəbləri haqda tezisləri səsləndirib.

Politoloq gecə döyüşlərinin başlanması haqda aşağıdakı ehtimalları irəli sürüb:

1. Brüsseldə əldə edilən razılığı pozmaq üçün buna qədər Nikol və əsgərləri bir neçə təxribat həyata keçirmişdilər. Biz zənn etmirik ki, burda Paşinyanın Brüsseldən dərhal sonra Rusiya səfəri az rol oynamadı.

2. İlin sonuna qədər sülh müqaviləsini imzalamamaq Ermənistan üçün hazırda gündəm təşkil edir.

3. Azərbaycan isə sülh ilə yanaşı, Zəngəzur dəhlizinin açılmasını gözləyir.

4. Buna görə lazımdır ki, Azərbaycanı hərbi toqquşmağa çəkməklə aqressor göstərmək və prosesin dayandırılmasına nail olmaq və buna səbəb Azərbaycanı göstərmək.

5.Böyük qayıdış prosesinin şantaj etmək. 

6. Daim toqquşma mühitini saxlamaq və sabitliyin pozulması ilə bölgəyə investisiya cəlbini önləmək.

7. Azərbaycan ordusunun kommunikasiya yolunu minalamaq.

8. Prosesə KTMT-ni qoşmaq. 

9. İndiki məqamda (Ukraynada müharibə) Rusiya arxasında ikinci cəbhəni açmağa cəhd qərbdən gələn əmrə oxşayır və bu, ilk növbədə Rusiyaya xəyanətdir. Artıq Ermənistanın hansı qucaqda oturduğun görürük.

10. Və ən əsası proseslər Qarabağdan keçdi Zəngəzura. Zəngəzur Azərbaycanın layihəsidir. Yeni qızıl alma deyək.

11. Bu əməliyyat cəzalandırma xarakterlidir.

12. Davamı olacaq.

13. Bir də diqqətlə baxaq: Paşinyan ilk olaraq kimə zəng vurdu.

14. Toqquşmaların arealı Qafan və Gorus xətti üzrə gedir. Deməli, ilk növbədə dəhliz və kommunikasiya məsələləri gündəmə gəlir ki, yollara mina döşənməsi buna real sübutdur.

15. Qeyd etdiyim kimi, Ermənistanın addımları BMT nizamnaməsinin 51-ci maddəsinin zəruriliyini işə sala bilər.

16. 2 ədəd S-300 raket kompleksinin məhvi göstərir ki, Azərbaycanın səma ordusu/PUA-lar çox güclüdür və uzun müddət üstünlüyü bizim tərəfdə saxlayacaq.

17. İlk dəfə Azərbaycan öz ərazilərinin atəşə tutulmasının əvəzi olaraq Ermənistan ərazisindəki hərbi təyinatlı obyektlərə zərbə endirib. Bu ilk hadisədir və vacib presedent yaradacaq.

18. Naxçıvana yol istiqamətində də prosesləri oxumaqda fayda var.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …