Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Rusiya artıq erməni arzusunu yerinə yetirməkdə gücsüzdür – Qafar Çaxmaqlı

Rusiya artıq erməni arzusunu yerinə yetirməkdə gücsüzdür – Qafar Çaxmaqlı

Oktyabrın 10-dan sonra gəldiyim nəticə:
1. Ermənistan güc toplamqdadır. Rusiyadan , İrandan və başqa yerlərdən külli miqdarda silah-sürsat daşınmaqdadır. Yeni savaşa hazırlaşır.2. Dağlıq Qarabağdakı separatçı qurumu dünyanın bəzi ölkələrində tanıtdırmaq üçün yoğun fəaliyyətə keçib. Bunu etməklə dünyanın dəstəyini almaq istəyir. Bunu müdafiənin tək yolu hesab edir.3. Bütün gücü ilə Türkiyəni terrora dəstək verən ölkə kimi qələmə verməyə çalışır, onun proseslərin içində olmasına heç cür imkan verməməyə çalışır. 4. Azərbaycanın mülki yerlərinə artilleriya zərbələr vurmaqla KTMT-nı, Rusiyanı Azərbaycana qarşı savaşa təhrik edir.5. Müharibəni qazanmaq üçün  Bütün dünya erməniliyini səfərbər edə bilib.
Moskvada atəşkəs razılaşmasından sonra Ermənistanda gedən diskussiyaları, erməni siyasi elitasının  fikirlərini və müharibənin indiki anında diplomatik manevrlərini izləməklə bunların şahidi olursan. Gədiyim ilkin qənaət budur ki, Ermənistan Azərbaycanın qərarlı addımlarının qarşısına nəhayət, Rusiyanı çıxara bildi və Rusiyanın hələ də onu səmimi şəkildə müdafiə edəcəyinə inanmır.  Ermənilər çox yaxşı bilirlər ki, Rusiya bölgəyə nəzarəti əlindən vermək istəməyəcək, Türkiyənin danışıqlar masasına daxil edilməsinə açıq qarşı çıxacaq və danışıqların yenə də ATƏT-in Minsk qrupu çərçivəsində aparılmasına çalışacaq, bunu hansısa uğur gətirəcəyinə isə inanlar azdır. Çünki Rusiyanın münaqişənin Azərbaycanın ərazisindən kənara çıxmayacağı təqdirində onlara kömək etməyəcəyini ermənilər gördülər. Rusiya artıq Azərbaycan ərazisində erməni arzusunu yerinə yetirməkdə gücsüzdür, çünki  sahədə Türkiyə var. Türkiyə gələcək danışıqlarda mütləq olacaq, indilik isə Rusiya erməniləri məmnun etmək üçün danışıqların Minsk qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ  tərəfindən aparılacaq. Ermənilər onun fərqindədirlər ki, gəlinən Atəşkəs  razılaşması anlaşma deyil, hüquqi bir sənəd deyil, onsuz da onun kağız parçası olduğu həmin gün bəlli oldu. Və onun qalıcı olması mümkün deyil . Ermənilər deyirlər ki, Rusiya isə bir yerə qədər Azərbaycanın uğurlarına göz yumdu. Niyə belə etdi? Hər gün baş sındırılır. Bəlkə ona görə ki, Rusiya bir zaman ortaya qoyduğu  “Lavrov planı”na uyğun hərəkət etməyi düşünmüşdür. İndi onun üçün münbit şərait var. Qorxu var ki,  bu planı yenə Azərbaycan ordusu darmadağın edə bilər. Erməni siyasi elitası bunu yaxşı bildiyindən indi yeni müttəfiq axtarışına çıxmağı tövsiyə edirlər. Onlar Çindən, Fransadan və Avropa Birliyinə daxil olan bəzi ölkələrdən bəhs edirlər və diplomatik korpusa da belə də tapşırıq veriblər ki, bu ölkələrlə işləsinlər. Hər gün minlərlə müraciətlər edilir. Reaksiyaların az olması erməniləri təəccübləndirir.  Dağlıq Qarabağın ermənilərdən tamamilə boşaldılmasına qədər gedəcək yeni əməliyyatların qarşısını almaq üçün diplomatik korpusa tapşırıq verilib ki, Dağlıq Qarabağdakı separatçı qurumun tanınması fəaliyyətinə keçsinlər. Baş nazir Paşinyan artıq bu fikri səsləndirir ki, Dağlıq Qarabağın xilasının tək yolu onun beynəlxalq tanınmasından keçir. Bəzi parlamentarilər də artıq bunun vaxtının çatdığını deyirlər.  Amma bu fikri  Ermənistanın keçmiş rəhbərləri olan Koçaryan- Sarkisyan cütlüyü dəstəkləmir.  Onlar bu addımın Dağlıq Qarabağın tamamilə itirilməsinə gətirib çıxaracağını deyirlər, çünki dünya birliyi Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edib. Amma eyni zamanda Türkiyənin bu prosesdən “uzaqlaşdırılmasına” görə Rusiyaya minnətdarlıq edirlər.  Amma bu gerçəyi də deyən var ki, Türkiyə artıq işin içindədir, onu uzaqlaşdırmaq mümkün deyil. Türkiyə Milli Müdafə Nazirinin son çıxışı erməniləri yenidən qorxuya salmışdır. Hulusi Akarın atəşkəsi qəbul etmədiklərini deməsi və RF Müdafiə nazirindən insanı yardımların həyata keçirilməsi ilə bağlı bu humanist addımdan istifadə edərək elə həmin gecə Gəncəyə, Mingəçevirə və başqa Azərbaycan sivil yerləşim yerlərinə artilleriya zərbəsi endirməsinin nə anlama gəldiyini soruşmuşdur. Hələ də Rusiya Gəncənin vurulmasına münasibət bildirməmişdir. Bu o demək deyilmi ki, Azərbaycanın əməliyyatları yenidən başlatmaq üçün əlində əsaslar vardır. Onsuz da savaş davam edir, Ermənistan Azərbaycan başçısının irəli sürdüyü heç bir şərti qəbul etməmişdir. Bu halda hansı baza prinsiplərindən danışıla bilər. Onu deməkdə yarar var ki, həmin prinsiplərin danışıqlar masasında olması artıq Azərbaycanın dövləti və milli maraqlarına ziddir. Müharibə getdiyi zaman hansı danışıqlar ola bilər?   Ermənilər dinc durmurlar. Dünyanı aldatmağa hesablanmış manevrlər edirlər.  İndi bir fikir ortaya atılır: Dağlıq Qarabağda yaşayan əhalinin öz müqəddəratını təyin etmə haqqını bəyan etmək və havadarlardan bu prinsipi müdafiə etmələrini istəmək. Ola bilsin ki, bu beynəlxalq prinsip bəzi ölkələr üçün cəlbedici görünsün. Amma həmin prinsip ərazi bütövlüyü anlayışı ilə daban dabana ziddir. Ermənilər bu prinsipi Madrid prinsiplərinə soxuşdura biliblər, amma bu yalnız o zaman ola bilər ki, Dağlıq Qarabağlabağlı əgər olacaqsa danışıqlarında ermənistan silahlı qüvvələrinin bölgədən çıxaarılması ilə bağlı BMT-nin məlum qətnamələrinə uyğun olaraq  çıxarılması baş versin. Ermənistan Azərbaycan prezidentinin tələblərinə əməl etməyəcəyini bəyan edir, şərtlərin qəbuledilməzliyini deyirlər və ölkə açıq şəkildə dirəniş üçün qüvvə toplayır. Mən hələ elə bir erməni siyasətçisinə, dövlət adamına rast gəlmədim ki, bu şərtlərlə bağlı fikir bildirsin. Ermənistan qüvvə yığır, pul toplayır. Bütün bunlar da göstərir ki, müharibə davam edəcəkdir. Savaşı yenidən qızışacağı təqdirdə atəşkəs razılaşmasının bir daha kağız parçası olduğu ortaya çıxacaqdır. Onlar Azərbaycan cəmiyyətinin və rəhbərliyinin atəşkəsdən məmnun olmadığını yaxşı bilirlər. Ermənistandakı siyasilərin və politoqların çoxu Türkiyənin üzərinə getmənin fayda verəcəyinə inanmırlar. Amma türkiy ilə bağlı başından bəri aparılan böhtan kampaniyasının davam etdirilməsin tərəfadarıdırlar. Türkiyənin 1915-də başlatdığı “erməni soyqırımını” davam etdirdiyi təbliğatı bütün dünyanı bürümüşdür. Suriyadan və başqa yerlərdən “gətirilən” terrorçular mövzusu artıq bütün dünyada əsas təbliğat vasitəsinə çevrilmişdir. Bəzən əllərindən heç bir fakt olmadığını söyləyərək, xidmət orqanlarını bacarıqsızlıqda qınayırlar. Həqiqətən də belə faktların olmaması erməni təbliğatını mənasızlaşdırır. Hətta bunu qabartmaqda maraqlı olan bəzi ermənipərəstrus şərhçilər belə artıq onları “gətirilən” deyil, “gətirilməyə cəhd  edilən” kimi təqdim etməyə məcbur olurlar. 
Bir  TV kanalında ermənilərin özləri də etiraf edirdilər ki, artıq təmas xətti yoxdur, status kvo deyilən bir şey də aradan qalxmışdır, iki ölkə arasında müharibə dayanmayacaqdır.  Belə halda Madrid prinsiplərindən danışmaq gülüncdür. 
İndiki halda bütün dünya erməniliyinin də savaşa kökləndiyi görünən gerçəklərdir, amma Paşinyan hakimiyyətin məsələni bura qədər gətirib çıxarmasını söyləyən siyasətçilər var. Onlardan biri, siyasi proseslərdə çox da aktiv iştirak etməyən  keçmiş prezident Levon Ter- Petrosyandır. Amma hədən çox şovinistləşmiş erməni cəmiyyəti onun hələ 2007- ci ildə verdiyi müsahibənin altından ən iyrənc söyüşlər yazır və onu Youtubedən qaldırılmasını tələb edirlər.  Mətbuatda heç yer almasa da ermənilərə silah və sursat yardımının gəldiyi də məlumdur və Ermənistan atəşkəsi bayram edərkən verilən müsahibələrdə onların qüvvə yığacağı üçün fürsət əldə etdikləri dilə gətirilirdi. Bu fikirdə həqiqət payı var. Ermənistan müharibəyə, onların dedikləri kimi, müdafiə olunmağa deyil, hücuma keçməyə hazırlaşırlar.  Onların bu hazırlığına müddət tanımaq və imkan vermək olmaz. Onsuz da atəşkəs deyilən bir şey yoxdur. Ordumuz qarşısına qoyduğu məqsədi ən qısa zamanda yerinə yetirməlidir.
Qafar Çaxmaqlı, Tanınmış ermənişünas alim, professor

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …