Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Rus sülhməramlıları bizi köçməyə qoymur” – İki erməninin Laçında söhbəti (VİDEO)

“Rus sülhməramlıları bizi köçməyə qoymur” – İki erməninin Laçında söhbəti (VİDEO)

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlıları ermənilərin Qarabağı kütləvi tərk etməsinin qarşısını almağa çalışırlar.

Bu barədə Laçın dəhlizi ilə avtomobillə hərəkət edən iki erməninin dialoqundan məlum olub. “Youtube” platformasında yerləşdirilən videoda jurnalist Narine Kirakosyan və sürücü müharibədə necə məğlub olduqlarından, Ermənistanda hakimiyyət üstündə gedən gizli müharibədən və Qarabağda yaşayan ermənilərin həyatından bəhs edirlər.

Onların söhbətindən məlum olur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlıları erməniləri Qarabağa geri qayıtmağa məcbur edirlər:
– Rusiya sülhməramlıları bizə deyirlər ki, geri qayıtmalısınız. Çünki, əgər çıxıb getsək, Azərbaycan Rusiyadan tələb edəcək ki, burada (Qarabağda – red.) qorumağa heç kim qalmayıb və demək, Rusiya sülhməramlılarının da Qarabağda qalmasına ehtiyac yoxdur. Ona görə də bizi geri qaytarırlar ,- Narine Kirakosyan deyir.

Azvision.az

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …