Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Rüfət Aslanlı fenomeni: “Mərkəzi Bankın rəhbəri olmaq istəyirdi”

Rüfət Aslanlı fenomeni: “Mərkəzi Bankın rəhbəri olmaq istəyirdi”

“Rüfət Aslanlı əgər belə məsələlər də özünə güvənirsə, tele-debat təşkil edib, həm iqtisadçılar, həm də hüquqşünaslar onunla bu barədə normal diskusiya apara bilərlər. Və bu sübut olunacaq ki, onun verdiyi qərarların bir çoxunda yalnışlıqlar var. Hətta ölkə konstitusiyasına zidd addımlar var”

Bu fikirləri A24.Az-a açıqlamasında itqisadçı ekspert Natiq Cəfərli Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı haqqında mətbuatda yaranan fenomen və qalmaqala səbəb olan nağdsız hesablaşmalar haqqında verilən qərarla bağlı məsələri şərh edərkən deyib.

İqtisadçını sözlərinə görə, Rüfət Aslanlı hakimiyyətdə və idarə etmədə təmsil olunan az saylı yeni nəslin nümayəndəsidir:

“Bildiyim qədəri ilə kifayət qədər savadlı insandır. Amma savadlı olmaq çox təəssüf ki, idarə etmədə də uğur qazanmaq anlamına gəlmir. Çox zaman insanın daxili ambisiyaları onun uğur hekayəsinə mane olur. Əgər bu ambisiyalar həddindən artıq çox yüksək səviyyədə olursa, o uğura mane olur”.

“Ümumiyyətlə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) özü tamamilə yersiz bir qurum idi. Və Mərkəzi Bankın (MB) islah olunmadığını görən hökumət (Azərbaycanda çox pis bir praktika var. Hansı qurumu islah edə bilmirlərsə, onun paralel bir qurumunu yaradıb, səlahiyyətlərinin böyük bir hissəsini ona verirlər və beləliklə idarə etməyə çalışırlar. Azərbaycanda da buna bənzər hadisələr olub. Maliyyə sahəsində də oldu) MBNP yaratdı”, -deyə ekspert əlavə edib.

Natiq Cəfərli qeyd edir ki, Rüfət Aslanlının ən böyük arsuzu Mərkəzi Bankın rəhbəri olmaq idi:

“Bu işlərin Rüfət Aslanlıya tapşırılması nəzərdə tutulurdusa, niyə ayrıca bir qurum yaradılırdı? R.Aslanlının Mərkəzi Bankın rəhbəri təyin etmək olardı. Görünür ki, ciddi kadr dəyişikliklərinə hazır deyillər. Ona görə də belə bir qurumun yaranmasına üstünlük veriblər. Əslində R.Aslanlı bildiyim qədəri ilə ən böyük arzusu Mərkəzi Bankın rəhbəri olmaq idi. Palatanın yaranmasındansa, R.Aslanlının Mərkəzi Banka rəhbər təyin edilməsi bu işin daha da verilmli olmasını yəni, cəmiyyət və iqtisadiyyat üçün də yaxşı olması ilə nəticələnə bilərdi. MBNP-nın özünü funskiyası və hansı işlərin görülməsi ilə bağlı hələ aydınlıqda gəlmiyib ki, gələcəkdə Mərkəzi Bankın böyük bir funksiyasını öz əlində cəmləyəcəksə, MB nəyə lazım olacaq?”

İqtisadçının fikrincə, palata yaranandan sonra onlara verilən səlahiyyətlərdən doğru istifadə olunmadığını da gördük:

“Çünki nağd vəsaitə nəzarətin gücləndirilməsi və qadağaların qoyulması (bank hesablarında vəsaitin çəkilməsinə görə) ümumiyyətlə konstitusiyaya zidd bir addım idi. Hər bir fiziki və hüquqi şəxsin hesabında olan vəsait onun mülkiyyətidir. Mülkiyyətdən istifadəyə görə məhdudiyyətləri ancaq məhkəmə qoya bilər. R.Aslanlının rəhbərlik etdiyi qurum, insanların və şirkətlərin nağd vəsaitdən istifadəyə qadağa qoydu. Yəni bu mülkiyyətdən və onun istifadə hüququndan məhdudlaşdırılması deməkdir”.

“Bununla da, yeni bir problem yaranmış oldu. Sanki məhkəmə funskiyasını yerinə yetirir. Bütün bu proseslərin özü qarışıqlığın əlamətidir. Hər hansı bir qurumun yaranması digər qurumlarla əlaqələndirmədən daha çox başqa bir qurumun funksiyasının kəsilməsindən ibarət olur. Bu da normal bir yanaşma deyil, paralel strukturlar yaranır”, – deyə N.Cəfərli əlavə edib.

Ekspertin verdiyi məlumata görə, Azərbaycanda məmurların böyük əksəriyyəti təəssüf ki, öz məsuliyyətlərini prezidentin üzərinə atmaqla sanki vəziyyətdən çıxmağa çalışırlar:

“Bu da doğru bir yanaşma deyil. Prezidentin bütün sahələr də tam məlumatla və bilgili olması da mümkün deyil. Prezident güvənib hər hansı bir şəxsi vəzifəyə təyin edibsə, həmin şəxs verdiyi qərarlara görə özü məsuliyyət daşımalıdır. Çox təəssüf ki, məmumurlarda sanki məsuliyyətdən qaçma anlayışı yaranıb. Çox zaman öz işlərini deyil, sanki prezidentin dediyi edirik belə bir görünütü yaratmağa çalışırlar”.

“R.Aslanlının nağd hesablaşmalarla bağlı verdiyi qərar və məhdudiyyətlər Azərbaycan Respubilkasının Konstitusiyasının pozulmasıdır. Hüquqşünaslar bunu açıq şəkildə bildirirlər. Bununla bağlı yazılarda olub. R.Aslanlı əgər belə məsələlər də özünə güvənirsə, tele debat təşkil edib, həm iqtisadçılar, həm də hüquqşünaslar onunla bu barədə normal diskusiya apara bilərlər. Və bu sübut olunacaq ki, onun verdiyi qərarların bir çoxunda yalnışlıqlar var. Hətta ölkə konstitusiyasına zidd addımlar var”, – deyə N.Cəfərli qeyd edib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın