Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Röya villanın alınmasından danışdı – “…Az baltalayın”

Röya villanın alınmasından danışdı – “…Az baltalayın”

Əməkdar artist Röya Ayxan eks-qayınatası, “Çudo Peçka”nın sahibi Çingiz Cəlilovun həbsi və ailənin ona verdiyi villanın müsadirə olunmasına münasibət bildirib.

Müğənni “Qafqazinfo”ya açıqlamasında sözügedən mülkün əlindən alınmasına aydınlıq gətirib.

O qeyd edib ki, həmin ev mətbuatda yazıldığı kimi, Ç. Cəlilovun həbsindən sonra deyil, daha öncə əllərindən alınıb:

“Mən onlardan nə bir manat istəyirəm, nə də götürərəm. Heç kimin malında, mülkündə gözüm yoxdur. Dünən mediada yazılıb ki, bizə verilən villa da müsadirə olunub. Demək istəyirəm ki, həmin ev dünən deyil, borc məsələsi gündəmə gələndən sonra təhvil verilib”.

Röya eks-həyat yoldaşının ailəsinin hazırkı vəziyyətindən də danışıb:

“Xahiş edirəm, biri yıxılanda onu az baltalayın.  Onlar hazırda bir evdə yaşayırlar, bütün ailə o evə sığınıb. Gözüdoymayan adamın şəhərdə bir evi olar? Hər kəsi ədalətli olmağa çağırıram”.


Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın