Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Rövnəq Abdullayev “Qarabağ”la “Qəbələ”nin uğurunu öz adına çıxdı

Rövnəq Abdullayev “Qarabağ”la “Qəbələ”nin uğurunu öz adına çıxdı

AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinə yüksəlməsiylə bağlı federasiyanın saytına fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Abdullayev bunları deyib:

“Dünən axşam Avropanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da çox böyük futbol həyəcanı yaşanırdı. UEFA Avropa Liqasının pley-off oyunlarını başqa cür izləmək, nəticələrə emosiyasız, sakit yanaşmaq çox çətindi. Sevinirəm ki, bizim həyəcanımızı, narahatlığmızı bu tirnirdə çıxış edən hər iki klubumuz – “Qarabağ” və “Qəbələ” qrup mərhələsinə vəsiqə qazanmaqla unutdura bildi. Əminəm ki, ölkəmizin bütün futbol ictimaiyyəti, hər bir azarkeş, futbolsevər sevincimizə şərikdi. “Qarabağ” artıq üçüncü, “Qəbələ” isə ikinci dəfə qitənin mötəbər klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmaqla əvvəlki uğurların təsadüfi olmadığını, futbolun inkişafı yolunda düzgün istiqamət götürüldüyünü sübuta yetirdi. Hər iki klubumuza qrup mərhələsində uğurlar, azarkeşlərinə qələbə sevinci bəxş etmələrini arzulayıram”.

Komanda.az-ın qeydi: Rövnəq Abdullayevin “Qarabağ” və “Qəbələ”nin uğurunu AFFA-nın, dolayısı ilə öz adına çıxması gülməlidi. AFFA-nın nəzarətində olan milli komandaların hansı səviyyədə, hansı gündə olduğu ortadadı. Elə AFFA-nın keçirdiyi çempionatın nə gündə olduğunu da hər kəs bilir. “Qarabağ” və “Qəbələ” öz rəhbərliklərinin, legionerlərin hesabına uğur qazanır, hörmətli Abdullayev! Bəlkə də sizin xəbəriniz yoxdu, bu iki komandanın heyətində avrokuboklarda üst-üstə heç 5 azərbaycanlı futbolçu çıxış etmir.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın