Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Rövnəq Abdullayev 50 yaşında “Şöhrət” ordeni aldı

Rövnəq Abdullayev 50 yaşında “Şöhrət” ordeni aldı

Azərbaycan Prezidenti İlham Əliyev Rövnəq Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında neft sənayesinin inkişafındakı xidmətlərinə görə Rövnəq İbrahim oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin.

Modern.az-ın məlumatına görə, sabah -aprelin 3-də Rövnəq Abdullayevin ad günüdür, onun 50 yaşı tamam olur.

Rövnəq İbrahim oğlu Abdullayev 1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsinə daxil olub. 1983-1985-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1985-ci ildə köçürmə yolu ilə V.V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib, 1989-cu ildə həmin institutu bitirərək “Neft Daşları”nda əmək fəaliyyətinə başlayıb.

1990-cı ildən “28 May” NQÇİ-də əsaslı tikinti şöbəsində mühəndis, 1991-ci ildən “Xəzərdənizneftqazinşaat” Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin istehsalat texniki şöbəsinin rəisi, 1994-cü ildə isə həmin idarənin baş mühəndisi vəzifələrində çalışıb. 1997-ci ildən “Xəzərdənizneftqaztikinti”trestinin müdiri vəzifəsində işləyib.
31 mart 2003-cü il tarixdə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun direktoru vəzifəsinə təyin edilib.

6 noyabr 2005-ci il tarixdə 24 saylı Nizami birinci seçki dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

9 dekabr 2005-ci il tarixdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinə təyin edilib.

2004-cü ilin fevralından “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti olub. 2008-ci ildən bu günədək isə AFFA prezidentidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

2010-ci il 7 noyabr seçkilərində yenidən Milli Məclisin deputatı seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü üzvüdür.

Evlidir, Bir oğlu, bir qızı var.

 

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın