Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Roman Nəsirov Ukraynada yüksək vəzifəyə təyin olundu

Roman Nəsirov Ukraynada yüksək vəzifəyə təyin olundu

Nazirlər Kabineti qərar qəbul etdi.

Bu gün Ukraynanın Nazirlər Kabineti növbədənkənar iclasda parlamentin vergi və gömrük siyasəti üzrə komitəsinin rəhbəri, “Petr Poroşenkonun bloku”ndan olan deputat Roman Nəsirovu Dövlət Fiskal Xidmətinin rəhbəri təyin edib.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin məlumatında deyilir.

“Nazirlər Kabineti mayın 5-də növbədənkənar iclasda Roman Nəsirovu Dövlət Fiskal Xidmətinin rəhbəri təyin etdi”, – məlumatda deyilir.

Qeyd olunur ki, Nəsirovun müavinləri Konstantin Likarçuk və Sergey Bilan təyin olunublar.

2011-2012-ci illərdə Nəsirov “Ukranaft”ın idarə heyətinin rəhbəri, 2013-2014-cü illərdə isə Ukraynanın Dövlət Ərzaq-Taxıl Korporasiyasının idarə heyətinin sədr müavini vəzifəsini tutub.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın