Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Rektor baş həkimi vəzifədən uzaqlaşdırdı – Tibb Universitetində daha bir dəyişiklik

Rektor baş həkimi vəzifədən uzaqlaşdırdı – Tibb Universitetində daha bir dəyişiklik

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında daha bir kadr dəyişikliyi baş verib.

Klinikanın baş həkimi Ramin Bayramlı vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə həkim-nefroloq Elnur Fərəcov təyinat alıb.

Xatırladaq ki, E.Fərəcov bu təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasında Daxili Xəstəliklər, Cərrahiyə və Transplantasiya şöbəsində çalışıb.

Qeyd edək ki, bu, Gəray Gəraybəyli ATU-ya rektor təyin olunandan sonra baş verən kadr dəyişikliklərinin davamı hesab olunur.

Modern.az

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın