Şənbə , Mart 30 2024
Ana səhifə / Siyasət / Razi Nurullayev: “Vicdansızlıq ediblər”

Razi Nurullayev: “Vicdansızlıq ediblər”

“Avropa Parlamenti Azərbaycana qarşı növbəti dəfə riyakar mövqe sərgilədi. Mayın 20-də Avropa Parlamentinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamənin başqa adı yoxdur”.

Bunu deputat Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, qətnaməni hazrılayanlar və qəbul edənlər növbəti dəfə Azərbaycana qarşı qərəzli və ən yumşaq şəkildə desək, vicdansızlıq ediblər: “Aşkar görünür ki, bu erməni fitvası ilə hazırlanıb və qəbul edilib. Terrorçuluqla mübarizəni şüara çevirən Avropa erməni diversantlarını, terroçularını müdafiə edir. Azərbaycanın əleyhinə 607 səslə qəbul edilən qətnamədə erməni “hərbi əsirlər” və “mülki məhbuslar”ın heç bir şərt olmadan azadlığa buraxılması tələb edilir. Hardadır o hərbi əsirlər? Avropa Parlamenti onu göstərə bilərmi? Azərbaycan tərəfi birmənalı şəkildə bəyan edib ki, bizdə heç bir hərbi əsir yoxdur. Müharibə zamanı əsir düşən hər bir erməni geriyə, öz ölkəsinə təhvil verilirb. Bəs onda Avropa Parlamenti kimləri hərbi əsir hesab edir? Terrorçuları! O terrorçuları ki, onlar müharibə bitdikdən, üçtərəfli razılaşma imzalandıqdan və bütün hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan ərazisinə keçərək terror törətmək istəyiblər. Yaxud Avropa Parlamenti məlum qətnaməsində Ermənistanın suveren ərazisinin pozulması faktını qabardır və Azərbaycan tərəfini günahlandırmaqla avantüraya yol verir. Çünki Azərbaycan Ermənistanın süveren ərazisinə iddia etmir və heç bir pozulma faktı da ortada yoxdur. Bu dəfələrlə Azərbaycan rəsmiləri tərəfindən bəyan edilib. Ermənistandan tərəfindən Azərbaycan torpaqlarının 30 illik işğalına, yüzlərlə günahsız insanın qətlə yetirilməsinə, 20-ci əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırıman göz yuman Avropa Parlamentinin bizi ittiham etməyə haqqı çatırmı? 30 il Azərbaycan torpaqlarını Ermənistan işğal altında saxlayanda harda idilər? Ən gülməli tələblərdən biri Bakıdakı Hərbi Qənimətlər Parkının təxirə salınmadan bağlanması tələbidir. Bu park niyə bağlanmalıdır? Ermənistanda faşist Qaregin Njdenin ucaldılan heykəlini görmürlərmi? Avropa Parlamentinin bu tələbi faşist düşüncəsidir. Belə olmasaydı, Azərbaycana bu şəkildə tələb qoyanda, heç olmasa Ermənistana da faşist təfəkküründən imtina ilə bağlı tövsiyə verilərdi. Milli Cəbhə Partiyası təəssüf ki, Avropa Parlamenti ermənipərəst və qəzərli münasibətdən özünü sığortalaya bilmədi”.

Həmçinin oxuyun

İran Bakıdakı səfirini bu fotoya görə geri çağırıb

İranın Azərbaycandakı səfiri Abbas Musəvi bu gün vəzifəsindən azad edilib. Axar.az xəbər verir ki, onun …