Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Rauf Mirqədirov azadlığa buraxıldı

Rauf Mirqədirov azadlığa buraxıldı

Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Azinforum.az xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən qapalı prosesdə Rauf Mirqədirovun Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə şərti azadlığa buraxılması haqqında qərar verilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın