Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Ramiz Mehdiyevin bu tezislərindən gəldiyi əsas qənaət budur ki,…” – Politoloq

“Ramiz Mehdiyevin bu tezislərindən gəldiyi əsas qənaət budur ki,…” – Politoloq

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsini şərh edib.
Mia.az xəbər verir ki, politoloq 30 səhifəlik məqalədəki əsas tezislərin aşağıdakılardan ibarə olduğunu qeyd edib: “İki dövlətin xalqlarının nümayəndələri münaqişənin real mənbələrini açıq şəkildə və “yerlərdə” müzakirə edərək ümumi məxrəcə gələ, birgə nəticələrə nail ola bilərlər…”, “Azərbaycan və Ermənistan nümayəndələri arasında ən müxtəlif səviyyələrdə, o cümlədən sülhün bərqərar olması üçün mühüm hüquqi məkan olan xalq diplomatiyası formatında əlaqələrin intensivləşdirilməsi xüsusilə dəyərlidir…”, “erməni sosiumunda bəzi adamlar aydın başa düşürlər ki, Azərbaycan onların düşməni deyil…”, “Azərbaycan xalqı həmişə öz qonaqpərvərliyi ilə fərqlənib, kin saxlamayıb və dostluq etməyi bacarıb. Erməni fəallarının Bakıya səfəri bunu növbəti dəfə sübut etdi”.
Politoloq yazır ki, Ramiz Mehdiyevin bu tezislərindən gəldiyi əsas qənaət budur ki, Prezident Administrasiyasnın rəhbəri “xalq diplomatiyasının” tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllinə inanır: “Çünki, geniş həcmli məqalədə “sülh” ifadəsinin sayı “müharibə” ifadəsinin sayını dəfələrlə üstələyir.
Ümumiyyətlə məqalənin ana xətti erməni fəalların Bakıya gəlişləri və onların paytaxtımızda iştirak etdikləri konfransın tezislərindən ibarətdir. Məqalənin az qala üçdə bir hissəsini Bakıya gələn ermənilərin müxtəlif sitatları təşkil edir.
“Noyabrın 8-də keçirilən konfrans bir daha sübut etdi ki, Azərbaycan və erməni xalqları qarşılıqlı anlaşmaya çalışır” – bu da Ramiz Mehdiyevin cümləsidir.
Bu məqaləni oxuduqdan sonra gəldiyim başqa qənaət bundan ibarətdir ki, ermənilərin Bakıya dəvət olunub sülhpərvər açıqlamalar verməsi elə Ramiz Mehdiyevin ideyası olub. Pis ideya deyil. Sadəcə, bu ideya Dağlıq Qarabağ münaqişəsinin həllini nə dərəcədə sürətləndirəcək – əsas sual budur!”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın