Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Ramil Usubov tapşırıq verdi: Polis qanunsuz ova qarşı reydlərə başladı

Ramil Usubov tapşırıq verdi: Polis qanunsuz ova qarşı reydlərə başladı

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları yerli polis əməkdaşları ilə birgə Ağcabədi rayonunda reyd keçirir.

Reydin keçirilməsində məqsəd qanunsuz ovun qarşısının alınmasıdır. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Baş İdarəsinin baş inspektoru Rəcəb Məmmədovun APA-ya verdiyi məlumata görə, rayon ərazisində qanunsuz ovla bağlı iki fakt qeydə alınıb. Qanunsuz ovla məşğul olmaq istəyən iki nəfər saxlanılıb və onlar inzibati qaydada cərimələnib.

DİN nümayəndəsinin sözlərinə görə, artıq iki gündür ki, bütün ölkə ərazisində qanunsuz ova qarşı reydlər keçirilir.
Reydlərin keçirilməsi ilə bağlı daxili işlər naziri Ramil Usubov tapşırıq verib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın